vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 yanvar 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0842 AZN
Rusiya rublu 1 RUB = 0.0301 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3777 AZN
Türk lirəsi 1 TRY = 0.4493 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
SOSİAL  
10:18 | 13 fevral 2017 | Bazar ertəsi Məqaləyə 633 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vəkilin peşmançılığı

Millətimizi banklara görə hər kəsin məhvini istəyən Muxtar Mustafayevi əfv edəkmi?

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

4 gün əvvəl Kürdəxanı təcridxanasında bankların vəkili kimi tanınan Muxtar Mustafayevlə aramızda olan insident barədə status yazmışdım. Borcluları müdafiə etməyimi mənə irad tutan bu şəxs «Banklar qanunları pozduqca seçim belədir: ya banklar çökəcək, ya xalq qırılacaq» ifadəmə «Qoy millət qırılsın!» cavabını vermişdi. Statusum 2 gün geniş müzakirə olundu və cümə günü mən yekun şərh yazaraq mövzunu qapatdım. Bu müddət ərzində mənə bir neçə dəyərli vəkillərimiz müraciət edərək hadisədən sarsıntı keçirən Mustafayevi bağışlamağımı və statusumu silməyimi xahiş etdilər (o cümlədən bildirdilər ki, Mustafayev özü səhifəsində bu mövzu ilə bağlı yazdığı bir neçə statusu artıq özü silib). Lakin mən bildirdim ki, yazdığımı heç vaxt özüm silmərəm.

Dünən axşam isə məlum oldu ki, statusumu «Facebook» inzibatçıları bloklaşdırıb və indi onu yalnız özüm görürəm (prinsipcə, 3 gün ərzində onu görməyi lazım olan hər kəs gördü və münasibətini bildirdi). «Facebook»un bildirişindən belə başa düşdüm ki, statusla bağlı Mustafayev şikayət edib. Məlum olduğu kimi, bu sosial şəbəkənin formal tələbləri var və şikayət əsasında onların pozulduğunu zənn etdikdə statusu bloklaşdıra bilər. Güman edirəm ki, səbəb ya Mustafayevin şəklinin Lapşinlə bir yerdə olması (əslində, nə statusumun özündə, nə də şəkildə təhqiredici bir şey olmayıb, amma təbii «Facebook» inzibatçıları detallara vara bilməz), ya da bəzi izləyicilərin şərhlərində onu təhqir etməsi olub. Fərqi yoxdur, çünki əsas bu deyil və statusu hər bir halda başqa formada da dərc etmək mümkündür.

Əsas odur ki, Mustafayevin statusuma dözə bilməməsi əməlindən peşman olmasından xəbər verir. Müqayisə üçün mənim özümə qarşı da bir neçə dəfə başqaları tərəfindən mənfi statuslar yazılıb, hətta şəkillərimdən kolajlar düzəldilib, amma mən reaksiya verməmişəm, şikayət-filan etməmişəm. Niyə? Çünki haqlı olduğuma əminəmsə, kiminsə səhifəsində haqqımda nə yazıldığı mənim üçün maraqlı deyil. Mustafayev üçün mənim səhifəmdəki status dözülməz olubsa, sırf formal tələblərə istinadən «Facebook» inzibatçılarına yalvarmağa başlayıbsa, deməli, səhvini başa düşüb. Çox yaxşı! Deməli, virtual sanksiya nəticə verdi, günahkar islah oldu! Buna yalnız sevinirəm! Ümid edirəm ki, bundan sonra özünü hamı ilə, ilk növbədə həmkarları ilə etik çərçivədə aparacaq. Əks halda, ikimizin də sevimli ədiblərindən biri olan Bulqakovun «Əlyazmalar yanmır!» sözlərini unutmasın. Hələlik isə mən onu əfv etdim...

VAXT.AZ bildirir ki, sözügedən status saytımızın arxivində saxlanılır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)