vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
21:32 | 31 may 2017 | Çərşənbə Məqaləyə 2139 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hədəfdə Palmiradır

Rusiya İŞİD-ə qarşı kruiz raketləri atıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, Rusiya qüvvələri Aralıq Dənizindən Suriyada İraq-Şam İslam Dövləti (İŞİD) qrupunun hədəflərinə qarşı dörd kruiz raketi atıb.

Nazirlik raketlərin freqat (keşik çəkən hərbi gəmi) və sualtı qayıqlardan atıldığını və nəticədə Palmira şəhəri yaxınlığında ağır silahlarla İŞİD militantlarını vurduğunu bildirib.

Rusiya raketləri atmadan öncə Birləşmiş Ştatlar, Türkiyə və İsrailə xəbər verdiyini deyir, amma hücumun dəqiq vaxtını bildirmir.

Son bir il ərzində Palmira ərazisində bir çox döyüşlər olub. Şəhərə ya İŞİD döyüşçüləri ya da Suriya hökuməti nəzarət edib. Hazırda isə şəhərə nəzarət Suriya qüvvələrinin əlindədir.

Rusiya qüvvələri 2015-ci ildən bəri Suriya prezidenti Bəşər Əsədi dəstəkləyir. Birləşmiş Ştatlar və digər ölkələr isə Rusiyanı İslam Dövləti hədəflərinə qarşı kifayət qədər hava hücumları aparmamaqda günahlandırır.