İŞİD lideri öldürülüb
Mahir Əl-Aqalı dron zərbəsi nəticəsində məhv edilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İraqda İŞİD liderləri öldürülüb
Əməliyyatın balansı 15 gündən sonra açıqlanıb
-
Ənbar səhrasında “acı zərbə”
İraq-ABŞ birgə əməliyyatında İŞİD komandirləri öldürülüb
-
Xameneyi düşmən ABŞ-la dialoqa qapı açır
Rejim rəhbərinin mövqeyində rasionalizmin yeni mərhələsinin əlamətləri görünür
-
Konsertdə minlərlə insan öldürüləcəkdi
19 yaşlı baş şübhəlinin vəkili iddiaların şişirdildiyini deyir
-
Suriyanın üç tərəfində silah səsləri
Şərqdə və şimalda münaqişələr, cənubda isə gərginlik hökm sürür
-
Açılış öncəsi İŞİD həyəcanı
Paris Olimpiadası ilə bağlı fəaliyyətlərini gücləndirən terror təşkilatı yeniyetmələri sıralarına cəlb edir
-
İŞİD dirilir?
Terrorçular İraqdakı aviabazaya iki pilotsuz təyyarə ilə hücum edib
-
Məsciddə terror
İŞİD hücuma görə məsuliyyəti üzərinə götürüb
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
“Moskva terroru “təməlatma” idi”
Qərb analitikləri Avropa ölkələrinə xəbərdarlıq etdi
-
İŞİD lideri öldürüldü
Əbu əl-Həsən əl-Haşimini kim əvəzlədi?
-
Sən nə günə qaldın, Tehran?
Azərbaycana ünvanlanan absurdun səbəbi varmış
-
Cənubi Afrikada İŞİD ovu
ABŞ “İslam Dövləti” ilə əlaqəsi olan şirkətlərə sanksiya tətbiq edib
-
Fransa şirkəti İŞİD-ə yardım edirmiş
Sement nəhəngi 778 milyon dollar cərimələnib
-
ABŞ İŞİD üzərində növbəti qələbəsini elan edib
Mərkəzi Komandanlıq Mahir Əl-Aqalı terror mərkəzi ilə filialları arasında əlaqə quran şəxs adlandırıb
-
Taliban İŞİD-çiləri axtarır
Əfqanıstanda terrorçulara qoşulmaqda şübhəli bilinən onlarla insan məhkəməsiz qətlə yetirilib
ABŞ hərbi qüvvələrinin çərşənbə axşamı bildirdiyinə görə, dron vasitəsi ilə həyata keçirilən zərbə nəticəsində yaraqlı qrupun yüksək səviyyəli beş liderindən biri olan Suriyada İraq-Şam İslam Dövləti (İŞİD) qrupunun lideri öldürülüb. Onun yaxın silahdaşlarından birinin ağır yaralandığı bildirilib.
ABŞ-ın Mərkəzi Komandanlığı açıqladığı bəyanatda bildirib ki, Mahir Əl-Aqal Suriyanın şimal-qərbində Cindayris yaxınlığındakı əraziyə edilən hücum zamanı öldürülüb.
“Bu əməliyyat onun uğurla həyata keçirilməsini təmin etmək üçün diqqətlə planlaşdırılıb. İlkin təhlillər mülki itkilərin olmadığını göstərir”, – bəyanatda deyilir.
ABŞ Əl-Aqalın İraq və Suriyadan kənarda İŞİD şəbəkələrinin inkişafına cavabdeh olduğunu bildirib.
“Zərbə ABŞ-ın regiona və İŞİD-in davamlı məğlubiyyəti işinə sadiqliyini bir daha təsdiqləyib. İŞİD liderlərinin məhvi terror təşkilatının qlobal hücumlar planlaşdırmaq və həyata keçirmək qabiliyyətini sarsıdacaq”, – deyə Mərkəzi Komandanlığın sözçüsü, polkovnik Co Buççino bildirib.
Sözçü onu da əlavə edib ki, “İŞİD ABŞ və regiondakı tərəfdaşlar üçün təhlükə yaratmaqda davam edir”. Buççino ABŞ-ın “bölgədə davamlı mövcudluğunu qoruduğunu və regional təhlükəsizliyə təhdidlərə qarşı mübarizəni davam etdirəcəyini” deyib.