vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
12:53 | 25 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 2753 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Erməni vəhşiliyinin bariz nümunəsi idi»

«Qarabağ həbsxanasında qanqrenalı azərbaycanlı zabiti görəndə huşumu itirdim...»

F.MƏMMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mən Dağlıq Qarabağa ilk dəfə səfər edəndə gördüklərimdən elə sarsıldım ki, hərbi jurnalist olmaq fikrimdən birdəfəlik daşındım». Virtualaz.org xəbər verir ki, bu sözləri Rusiyadakı «Doktor Lizadan ədalətli yardım» humanitar fondunun prezidenti Kseniya Sokolova TASS agentliyinə müsahibəsində danışıb.

«Doktor Liza» ləqəbli Yelizaveta Glinka rusiyalı humanitar yardım könüllüsü və vətəndaş cəmiyyəti fəalı olub. O, 2016-cı ildə Rusiya Müdafiə Nazirliyinin Suriyaya uçan Tu-154 təyyarəsinin Qara dənizə düşməsi nəticəsində həlak olub. Hazırda «Doktor Liza»nın fonduna Kseniya Sokolova başçılıq edir. O da uzun illərdir «Doktor Liza» ilə birlikdə işləyən humanitar yardım könüllüsüdür. Əvvəllər qaynar nöqtələrə həm xeyriyyəçi, həm jurnalist kimi səfərlər edib.

«Mən gəncliyimdə hərbi jurnalist olmağı xəyal edirdim. 1993-cü ildə ilk dəfə müharibə zonasına-Dağlıq Qarabağa düşdüm. Və orada başa düşdüm ki, məndən hərbi jurnalist olmayacaq. Çünki jurnalist yaxşı mənada gördüklərinə laqeyd olmalıdır ki, öz işini yerinə yetirə bilsin. Mən isə bu insanların başına gələnlərə baxa və sadəcə olaraq xəbərlər ötürməklə kifayətlənə bilmirdim. Bunun üçün doğulmamışdım. Qaynar nöqtələrdə xeyriyyəçi kimi olmaq isə mənə daha yaxındır. Mən bununla insanlara az da olsa kömək edə bilirəm», - Kseniya Sokolova bildirib.

Rusiyalı humanitar yardım fəalı Dağlıq Qarabağa həmin səfəri zamanı gördüklərini hələ də unuda bilmədiyini deyib. Çünki o, Dağlıq Qarabağda azərbaycanlı əsirlərin saxlanıldığı həbsxanaya girəndə gördüklərindən sarsılıb və huşunu itirib.

«Dağlıq Qarabağa həmin ilk səfərim mənim üçün ən rüsvayçı məqamlardan biri idi. Biz beynəlxalq müşahidəçilərlə birlikdə azərbaycanlı əsirlərin saxlanıldığı həbsxanaya getdik. Orada Azərbaycan ordusunun zabiti qanqrenalı vəziyyətdə uzanmışdı. Həmin kameraya yaxınlaşan kimi mən təkcə oradan gələn iyi hiss etdim və dərhal həmin adamın vəziyyətini özümdə təsəvvür elədim... Və mən sadəcə olaraq huşumu itirib yıxıldım. Və bütün həmin adamlar, komissiya əvvəlcə məni silkələyib ayıltdılar. Sonra isə kameraya mənsiz daxil oldular», - Sokolova deyib.

Rusiyalı humanitar yardım könüllüsünün gördüyü bu dəhşətli səhnə ermənilərin azərbaycanlı əsirlərə, o cümlədən girov götürdükləri mülki şəxslərə-qadınlara, qocalara, uşaqlara qarşı hansı vəhşiliklər törətdiyini bir daha yada salır. Hərbi əsirin qanqrenalı vəziyyətdə həbsxana kamerasında çürüməyə tərk edilməsi erməni vəhşiliyinin bariz nümunəsidir. Hansı ki, Ermənistan rəhbərləri bütün beynəlxalq tribunalarda Qarabağdan danışanda ağızları köpüklənə-köpüklənə hansısa humanitar normalardan bəhs edirlər...