Əziz həmvətənlər, siz niyə susursunuz?
Azərbaycanın Rus İcması Respublika Şurasından Rusiya Müdafiə Nazirliyinin hüquqa zidd mülahizələrinə də münasibət bildirməyi gözləyirəm
Elçin MİRZƏBƏYLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Münaqişənin həllinin çərçivələri aydındır”
Qarabağın statusu, 7 rayonun qayıtması necə baş verəcək?
-
Generallar Bakıda razılığa gəldilər
NATO bəyanat yaydı
-
Generallar görüş yerini dəyişmir
Rusiya və ABŞ yüksək rütbəliləri kritik toplantını yenə Bakıda gerçəkləşdirdi
-
QRU-dan olan «nəzakətli» adam
Suriyada təyyarə qəzasında ölən general 20 yanvarda Bakıya yeridilən xüsusi təyinatlı olub
-
Yüz futbol meydançası boyda ərazini dağıdan «Tornado-S»
Rusiya Suriyada atom bombasından sonra ikinci ən dəhşətli silahı sınaqdan keçirib
-
«Erməni vəhşiliyinin bariz nümunəsi idi»
«Qarabağ həbsxanasında qanqrenalı azərbaycanlı zabiti görəndə huşumu itirdim...»
-
«İctimaiyyət danışıqlardan ciddi heç nə gözləmirsə, ...»
Tofiq Zülfüqarov: «... Deməli gec və ya tez digər hallar meydana gələcək»
-
AB-nin Sərkisyandan Azərbaycan tələbi
Qurum Ermənistanın hakim partiyasını ərazi bütövlüyümüzü tanımağa çağırdı
-
«Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır»
İlham Əliyev: «XXI əsrdə təcavüzkar separatizm qəbul edilə bilməz»
-
Qarabağa gedən 4 Türkiyə vətəndaşına cinayət işi açılıb
Ufuk Uras, Əli Bayramoğlu, Səid Çəkinoğlu və Erol Katırçıoğlu axtarışa verilib
-
Satananın 16 başlı müasiri SARMAT
Rusiya «Texas və ya Fransa boyda ərazini dağıda bilən» raket düzəldir
-
Rusiya Azərbaycanla sərhəddə yeni hərbi baza tikir
HDQ-yə məxsus olacaq obyekt 2020-ci ildə başa çatacaq
-
Türkiyə mətbuatı xəyanətkarlara qarşı
Qardaş ölkə nəşrləri işğal altında olan Azərbaycan torpaqlarına səfər edənlərdən yazdı
-
Asapovu satıblar?!
Rus general Suriyada necə öldürülüb?
-
Hədəfdə Palmiradır
Rusiya İŞİD-ə qarşı kruiz raketləri atıb
-
«Niyə Azərbaycanı seçdilər?»
İlham Əliyev Rusiya və ABŞ generallarının Bakı görüşü haqda
Rusiya Federasiyası Müdafiə Nazirliyinin “Dağlıq Qarabağ münaqişəsi zonası”nda Rusiya sülhməramlı kontingentinin fəaliyyəti haqqında məlumat bülletenində qeyd olunur ki, “martın 24-dən 25-dək Azərbaycan Respublikasının silahlı qüvvələri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının müddəalarını pozaraq, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olub və “Dağlıq Qarabağ” ərazisində müşahidə məntəqəsi qurub”. Sitat: “Bayraktar - TB2” tipli pilotsuz uçuş aparatı Fərrux yaşayış məntəqəsi ərazisində “Dağlıq Qarabağ” silahlı birləşmələrinin bölmələrinə 4 zərbə endirib.
Hazırda Rusiya sülhməramlı kontingentinin komandanlığı vəziyyətin həlli və qoşunların ilkin mövqelərinə qaytarılması üçün tədbirlər görür. Qoşunların çıxarılması üçün Azərbaycan tərəfinə müraciət göndərilib”.
Göründüyü kimi, Rusiya Federasiyası Müdafiə Nazirliyinin sözügedən bülleteninin ilk cümləsindən Azərbaycan, Ermənistan və Rusiya arasında 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın, eləcə də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 2022-ci il fevralın 22-də imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin preambula hissəsi və müvafiq bəndləri kobud şəkildə pozulub. Sözügedən Bəyannamənin 1-ci bəndində qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”. Bəyannamənin 11-ci bəndində isə bildirilir ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.
Eyni sənədin 18-ci bəndində isə deyilir: “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər”.
Rusiya Müdafiə Nazirliyinin bülleteninin ilk cümləsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsinə daxil olan, Azərbaycanın qanuni əraziləri sayılan yaşayış məntəqələri “Dağlıq Qarabağ ərazisi” adlandırılır ki, bu da həm BMT Nizamnaməsinin, həm də yuxarıda iqtibas gətirdiyim sənədlərin müvafiq müddəalarına ziddir və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan yolverilməz davranış kimi qəbul olunmalıdır.
Azərbaycan ərazisində müvəqqəti müşahidə missiyası həyata keçirən Rusiya sülhməramlıları erməni hərbi birləşmələrinin ölkəmizin ərazisindən çıxarılması ilə bağlı öhdəliklərinə əməl etmək əvəzinə, qanunsuz hərbi birləşmələri “Dağlıq Qarabağ” silahlı birləşmələri kimi təqdim edirlər ki, bu da Azərbaycanla Rusiya arasında və Rusiyanın iştirakı ilə imzalanmış bəyannamə və bəyanatların müvafiq müddəalarının kobud şəkildə pozulması, separatizmin stimullaşdırılması və təşviq edilməsi anlamına gəlir.
Rusiya Müdafiə Nazirliyinin bülletenində yer alan beynəlxalq hüquqa ziddi ifadələr və iddialar, həmçinin bu ölkənin sülhməramlı missiyasının Azərbaycan qanunlarına və sülhməramlı missiyalarla bağlı BMT Baş Assambleyasının müvafiq tövsiyə və doktrinalarına zidd hərəkətləri, Azərbaycan xalqını Rusiya ilə bağlı beynəlxalq miqyasda mövcud olan rəyin və Rusiyanın öz öhdəliklərinə sadiq qalmağı bacarmayan, imzasına hörmət etməyən dövlət olduğu ilə bağlı fikirlərin gerçəkliyi barədə daha ciddi şəkildə düşünməyə vadar edir.
Rusiya Müdafiə Nazirliyinin mövqeyi və sülhdən başqa hər şeyə xidmət edən sülhməramlı missiyasının davranışları, bu ölkənin Azərbaycandakı etimad limitini də sıfırın altına endirir.
Qənaətimə görə, Azərbaycanın ictimai-siyasi təşkilatları, həmçinin rus icması da daxil olmaqla bütün icmaları Rusiya Müdafiə Nazirliyinin Azərbaycanla Rusiya arasında imzalanmış müvafiq sənədlərə, beynəlxalq hüququn norma və prinsiplərinə zidd davranışlarını qətiyyətlə pisləməli, rəsmi Moskvadan bu kimi əməllərin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb etməlidirlər.
Xatırladım ki, bir gün öncə Azərbaycanın Rus İcması Respublika Şurasının üzərindən sükutla keçməyə çalışdığımız ziddiyyətlərlə dolu bəyanatında “Rusiyanı başa düşün” çağırışı da yer almışdı... İndi də Zabelin başda olmaqla, icmanın bütün hörmətli üzvləri Rusiyanın siyasi və hərbi rəhbərliyinə Azərbaycan xalqının Rusiya Müdafiə Nazirliyinin və sözdə sülhməramlıların qanunsuz davranışlarını başa düşmədikləri barədə müraciət ünvanlasalar, pis olmaz. Hər halda onlar da Azərbaycan vətəndaşlarıdır və düşünürəm ki, hazırda Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan torpaqların Azərbaycan Respublikasının qanuni əraziləri olduğunu qəbul edir, bu ərazilərdəki qanunsuz silahlı dəstələrin, terror qruplarının fəaliyyətinə son qoymağın zəruriliyini başa düşürlər.