vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
GÜNDƏM  
10:08 | 26 noyabr 2017 | Bazar Məqaləyə 3691 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AB-nin Sərkisyandan Azərbaycan tələbi

Qurum Ermənistanın hakim partiyasını ərazi bütövlüyümüzü tanımağa çağırdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Brüsseldə «Şərq tərəfdaşlığı» sammitinin başlanmasından öncə Avropa Xalq Partiyasının (AXP) qurultayı keçirilib. Qurultayda «Şərq tərəfdaşlığı» ölkələrinin müvafiq partiyaları, o cümlədən Ermənistanın hakim Respublika partiyası iştirak edib.

Qurultayda qəbul edilmiş yekun bəyannaməsində növbəti dəfə Avropa Birliyinin və «Şərq tərəfdaşlığı» ölkələrinin ərazi bütövlüyünün beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlər daxilində tanındığı bildirilib.

Lideri Serj Sərkisyan olan Ermənistan Respublika Partiyası da bu bəyannaməyə qoşulub, lakin bir şərtlə. Erməni tərəfi növbəti dəfə millətlərin öz müqəddəratını təyin etməsi hüququnu beynəlxalq hüququn əsas təməli kimi təqdim etməyə cəhd göstərib. Lakin onların bu səyi uğursuzluqla nəticələnib.