vaxtlı-vaxtında oxuyun! Şənbə, 12 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
“Münaqişənin həllinin çərçivələri aydındır” 14:26 | 26 yanvar 2019 | Şənbə Məqaləyə 2539 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Münaqişənin həllinin çərçivələri aydındır”

Qarabağın statusu, 7 rayonun qayıtması necə baş verəcək?

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyalı politoloq Sergey Markedonov yanvarın 22-də Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən qeyri-rəsmi görüşü şərh edib.

“Bunin&Co” teleqram-kanalı üçün danışan politoloqun sözlərinə görə, məhz ən yaxın perspektivdə Qarabağ münaqişəsinin nizama salınmasının incəliklərinin müzakirəsi vacibdir.

Sergey Markedonov qeyd edib ki, münaqişənin həllinin çərçivələri aydındır v ə burada xüsusi sirr yoxdur.

“Danışıqlar faktiki olaraq, Dağlıq Qarabağın statusu, keçmiş muxtar vilayətin ətrafındakı rayonların işğaldan azad edilməsi və qaçqınların qayıdışının müzakirəsi ətrafında aparılır. Və ən kəskin problemlər detallar və hərəkətlərin ardıcıllığıdır. Qarabağ və Ermənistanı bağlayan dəhliz hansı olmalıdır sülh əməliyyatı harada və necə başlanmalıdır, statusu haqqında referendum hansı formada keçirilməlidir, ən vacibi, onun implementasiyasının alqoritmini kim hazırlayacaq?” - politoloq vurğulayıb.