Türkiyə mətbuatı xəyanətkarlara qarşı
Qardaş ölkə nəşrləri işğal altında olan Azərbaycan torpaqlarına səfər edənlərdən yazdı
Azər NURİYEV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
Adams araşdırması böyüyür
6 ölkə diqqət mərkəzindədir
-
Nazirlərin təyyarəsi xarab oldu
İki ölkə rəsmiləri arasında günlərdir gözlənilən görüş təxirə salındı
-
Dünya üzrə satılanların üçdə ikisi
Türkiyə dünyanın ən böyük PUA təchizatçısı oldu
-
Yunan ordusunda islahat
Silahlı Qüvvələrin yenidən qurulmasına hazırlıq görülür
-
Kəndirbazın fərasəti
İp üzərində qitədən-qitəyə keçdi
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Böhranları aradan qaldıracaq yaxınlaşma
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
-
“Çətinliklərin fərqindəyik”
Yunanıstan Türkiyənin qorxusundan silahlandığını etiraf etdi
-
Türkiyə, Misir və ümid baharı
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
-
“Narahatlıq yaradacaq heç nə yoxdur”
İraq öz atmosferində meteoritin yandığını təsdiqləyib
-
“Əfqanları xatırlamalıdırlar”
Rusiyadan PKK/YPG terrorçularına xəbərdarlıq
-
TSQ İraqı tərk etmir
“Ankara Bağdadla birgə təlim mərkəzinin yaradılması haqqında razılıq əldə olunub”
-
Türkiyə “bişəcək”
Sabah ilin ən isti günü olacaq
-
İş saatları azalır...
Türkiyə müasir dünyanın tələbləri ilə uyğunlaşan qanun hazırlayır – məzuniyyət və onlayn iş qərarı
Türkiyə ilə Azərbaycan arasında münasibətlərə hər zaman xələl gətirmək istəyən qüvvələr olub və olacaq da. Sözsüz ki, ölkələrimiz arasında strateji münasibətlərin mövcud durumu heç də hamının ürəyincə deyil və zaman-zaman buna xələl gətirməyə can atıblar. Elə bu günlərdə Azərbaycan dövlətinin icazəsi olmadan işğal altında olan ərazilərinə qeyri-qanuni səfər edən türk «ziyalıları»nı da həmin kateqoriyaya daxil etmək olar. Həmin şəxslər barədə məlumatları araşdırdıqda, onların ermənipərəst mövqedə olduğu, dəfələrlə Ermənistana səfər edib tək Azərbaycan deyil, Türkiyə əleyhinə də bəyanatlar səsləndirdikləri üzə çıxır. Məsələn, Ufuq Uras adlı şəxs dəfələrlə Ermənistana səfərlər edərək qondarma erməni soyqırımı abidəsini ziyarət edib, Xankəndində separatçıların başçısı ilə görüşüb. Sözsüz ki, keçmiş millət vəkili olan Urasın və onunla birlikdə bir neçə nəfərin - Əli Bayramoğlu, Səid Çəkinoğlu və Ərol Qatırçıoğlunun işğal altında olan Xankəndinə gedib separatçı rejimlə görüşməsi açıq şəkildə düşmənə dəstək kimi dəyərləndirilməlidir. Onların işğalçılara bu formada dəstək verməsinin səbəbləri ciddi şəkildə araşdırılmalı və Türkiyə dövləti tərəfindən ciddi tədbirlər görülməlidir.
Separatçı bölgəyə səfər edən türk vətəndaşları ilə bağlı Azərbaycan tərəfinin sərt reaksiyasına qardaş ölkənin mətbuatı da biganə qalmayıb. Əksər media orqanları bu səfəri tənqid edən materialları öz səhifələrində dərc ediblər. Məsələn, dünya şöhrətli «CNN Türk» «Azerbaycan'dan gazetecilere tutuklama kararı» başlıqlı yazıda Azərbaycan Baş prokurorluğunun işğal altında olan Azərbaycan torpaqlarına qanunsuz səfər edənlərə qarşı cinayət işi açmasında yazılıb və onların hərəkətləri sərt şəkildə tənqid edilib. Qeyd edilir ki, Azərbaycan onun razılığı olmadan işğal altındakı torpaqlarına səfər edən türk vətəndaşları barəsində cinayət işi açılıb. O da bildirilib ki, adları çəkilən şəxslər 22 sentyabr 2017-ci il tarixdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müvafiq icra hakimiyyətinin razılığı və sənədləri olmadan, dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan Respublikası ərazisindən qəsdən keçərək Xankəndi və digər yaşayış məntəqələrinə gediblər. Bu səbəbdən də 28 sentyabr 2017-ci il tarixdə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi başlanıb».
«Milliyet» qəzetində dərc edilən «Azerbaycan 4 tanınmış isme tutuklama çıkardı» başlıqlı məqalədə də bu məsələyə toxunulub. Qeyd edilib ki, adları çəkilən şəxslər Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilərək dövlətlərarası axtarışa verilib». Əlavə edilib ki, həmin şəxslərin tutularaq istintaqa cəlb olunmaları məqsədi ilə Türkiyə hüquq-mühafizə orqanlarına müraciət edilib.
«Sözçü» qəzetində dərc edilən «Azerbaycan’dan 4 Türk gazeteci, yazar ve siyasetçi için tutuklama kararı» başlıqlı yazıda da bu məsələyə toxunulub.
Başqa bir nüfuzlu qəzet «Karar» isə «Azerbaycan, Dağlık Karabağ'a giden yazar ve gazetecilere soruşturma başlattı» başlıqlı məqalədə qeyd edilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi adları çəkilən türk vətəndaşlarının adlarını «qara siyahı»ya salıb. Daha sonra Dağlıq Qarabağa icazəsiz gedən bloqqer Aleksandr Lapşinlə də bağlı eyni vəziyyət olduğu xatırladılır. Onun da Azərbaycanın icazəsi olmadan işğal altında olan torpaqlara getdiyi, nəticədə barəsində həbs qərarı çıxarıldığı xatırladılıb. Eyni vəziyyətin təkrarlana biləcəyi diqqətə çatdırılır. Qeyd edilib ki, həmin şəxsi Belarus hakimiyyət orqanları Azərbaycana ekstradisiya etmişdilər. Burada isə onun barəsində üçillik həbs qərarı çıxarılmışdı. «Everensel» qəzetində «Karabağ'a giden 4 yazar, gazeteci hakkında tutuklama kararı» başlıqlı məqalədə isə Azərbaycan Xarici İşlər Nazirliyinin etiraz bəyanatından söhbət açılıb. Onu da qeyd edək ki, bəzi türk nəşrləri Azərbaycan tərəfinin bəyanatlarını sensasion material kimi öz manşetlərində yerləşdiriblər. Bu sırada «Hürriyet» və «Aydınlıq» qəzetləri də var. Sonuncu «Azerbaycan 4 tanınmış isme tutuklama çıkardı» başlığı ilə çıxıb.
Qeyd edək ki, məsələyə türk deputatları, tanınmış ziyalılar eləcə də, qardaş ölkənin ölkəmizdəki səfirliyi də sərt reaksiya nümayiş etdiriblər. «Dövlətimiz bu səfəri qətiyyətlə pisləyir və qınayır. Bu səfərin Türkiyənin dövlət siyasəti və rəsmi mövqeyi ilə heç bir əlaqəsi yoxdur», - deyə məlumatda bildirilib. Səfir Erkan Özoral isə bildirib ki, «Biz Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüquq əsasında müxtəlif təşkilatlar tərəfindən verilmiş qərarlara bağlı olaraq həllini istəyirik». (kaspi.az)