Venesuelada qiyam
Polis zabiti qaçırdığı vertolyotla hara uçdu... ?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
İki ölkə prezidentləri barədə həbs qərarı
Argentina məhkəməsi Maduronun, Venesuela məhkəməsi isə Xavyer Melin həbsinə order verib
-
Maduroya sui-qəsd xəbərdarlığı
6 əcnəbi həbs olundu
-
Qonzales ölkəni tərk etdi
Venesuelada müxalifətin prezidentliyə namizədi İspaniyadan sığınacaq istəyib
-
Etirazları dağıtmaq üçün sürpriz qərar
Nikolas Maduro Milad bayramının tarixini dəyişir
-
Qonzales barədə həbs qərarı
Maduro: “Bu adam qanunu və heç nəyi tanımadığını deyir”
-
Maduronun təyyarəsinə həbs
ABŞ Venesuela prezidentinin uçağını ələ keçirib
-
Avropa da Madurodan üz döndərdi
AB Venesuela prezidentinin demokratik legitimliyini tanımır
-
Süni intellektlə senzuradan yayınmaq
Jurnalistlər şəxsiyyətlərini gizlətmək üçün çarəni virtual reportyorlar yaratmaqda tapıb
-
Maduro yeni kabinetini elan edib
“Xalqın özünüidarəsi ilə daha da təsirli olacaq”
-
“Baş prokuror qınandığını bilir”
Venesuelada müxalifətdən prezidentliyə namizəd prokurorlara ifadə verməkdən imtina edir
-
Qonzalesə həbs təhlükəsi
Prokurorluq Venesuela müxalifətinin liderinə qarşı cinayət işi açır
-
Qonzalesdən beynəlxalq dəstək çağırışı
Müxalifətin namizədi venesuelalıları birliyə çağırır
-
AB Maduronu tanımır
İspaniya XİN də tam şəffaflıqda israr edir
-
“Konstitusiya ölkədəki hər kəs üçündür”
Ali Məhkəmə Maduronun qələbəsini təsdiqlədi, qonşu ölkələr qərarı tanımadı
-
Madurodan sanksiyaya qarşı həmlə
“Ölkənin hər küncündə, xalqın yanında olacağıq”
-
“Hakimiyyətdən əl çək!”
Venesuela müxalifətindən Maduroya çağırış
Venesuelada polis zabiti Oskar Peresin başçılığı ilə bir qrup polisin qaçırdığı vertolyotun hara uçduğu məlum deyil.
Ölkənin rabitə və informasiya naziri Ernesto Vileqas bildirib ki, vertolyotdan Daxili İşlər Nazirliyinin binasına da atəş açılıb. Nazirin sözlərinə görə, vertolyotdakılar 15 güllə atıblar. Bundan sonra vertolyot Ali Məhkəmənin binasına yönəlib və iki qumbara atılıb. Vileqasın bildirdiyinə görə, bu hadisə «bir adamın işidir» və o, polis vertolyotunu qaçırıb. Hazırda vertolyotun axtarışları davam edir.
***
07:55
Venesuelada qiyam qaldırmış polis zabiti Oskar Peresin qaçırdığı vertolyot bu dəqiqələrdə prezident Nikolas Maduronun iqamətgahının yerləşdiyi rayonun üzərində görünüb. Virtualaz.org Venesuela KİV-lərinə istinadən xəbər verir ki, Maduronun iqamətgahı ətrafında güclü təhlükəsizlik tədbirləri görülüb, küçələrdə tanklar hərəkət edir. Vertolyotu qaçıran Oskar Peres xüsusi hərbi hazırlıq keçib və elit hərbi bölmələrdə xidmət edib. Vertoluyotda neçə nəfərin olduğu məlum deyil.
Bundan əvvəl Oskar Peres qaçırdığı vertolyotdan Ali Məhkəmənin binasına iku qumbara atılıb. Qumbaralardan biri partlayıb, xəsarət alan olmayıb.
***
07:34
Neçə aydır etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmaların davam etdiyi Venesuelada polis zabiti bir qrup silahlı polislə birlikdə vertolyotdan Ali Məhkəmənin binasına hücum edib. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, paytaxt Karakasda Ali Məhkəmənin binasının polis vertolyotunun hücumuna məruz qaldığı haqda prezident Nikilas Maduro televiziyadan elan edib. Maduro bildirib ki, məhkəmənin binasına vertolyotdan iki qumbara atılıb, onlardan biri partlamayıb. Prezidentin bildirdiyinə görə həmin vaxt orada adamlar olub: «Bu, yüzlərlə adamın xəsarət almasına səbəb ola bilərdi».
Bundan əlavə vertolyot Daxili İşlər Nazirliyinin binası üstündən də uçub. Maduro bildirib ki, vertolyotu «Mərkəzi Kəşfiyyat İdarəsi ilə təmasda olan» keçmiş daxili işlər naziri Miqel Rodriqes Torresin pilotu idarə edir. Prezident baş verənləri «terror aktı» adlandırıb və xüsusi xidmət orqanlarını müdaxilə etməyə çağırıb.
Sosial şəbəkələrdə yayılan görüntülərə əsasən vertolyotun ekipajı «350.Azadlıq» sözləri yazılmış plakat asıblar. Söhbət Konstitusiyanın 350-ci maddəsindən gedir. Orada deyilir ki, Venesuela vətəndaşlarının hakimiyyətin demokratik dəyərlərə, prinsiplərə və insan haqlarına ziddi siyasətinə qarşı etiraz etmək, bu hakimiyyəti tanımamaq haqqı var.
Ali Məhkəmənin binasına hücum edənlərin liderinin polis zabiti Oskar Peres olduğu bildirilir. O, özünün «İnstagram» səhifəsində videomüraciətlə çıxış edərək prezident Maduronun istefasını tələb edib. «Biz tələb edirik ki, prezident Nikolas Maduro nazirləri ilə birlikdə dərhal istefaya getsin, biz ümumxalq seçkiləri tələb edirik».
Qiyamçı polis zabiti bildirib ki, hakimiyyətə qarşı millətçilərdən, hərbi məmurlardan, polislərdən və mülki şəxslərdən ibarət koalisya çıxış edir, bu koalisiya heç bir partiyaya mənsub deyil. Habelə Oskar Peres ölkədə hakimiyyəti xalqa qaytarmaq üçün yerüstü və hava əməliyyatının başladığını elan edib. «Twitter»də Karakas küçələrində hərbi texnikanın hərəkət etdiyini göstərən görüntülər yayılıb.
Lakin bu texnikanın Maduroya sadiq ordu qüvvələrinə, yoxsa Oskar Peresin dediyi kimi, qiyam qaldırmış hərbçilərə mənsubluğu məlum deyil. Prezident sarayının ətrafında isə zirehli texnika düzülüb. Bildirilir ki, texnika prezident sarayının ərazisindən çıxıb və Maduronun iqamətgahını bütün perimetr üzrə mühafizə altına alıb.
Xatırladaq ki, Venesuela iqtisadiyyatı kollapsa məruz qalıb, ölkədə hiperinflyasiya baş qaldırıb, ərzaq qıtlığı hökm sürür. Parlamentə nəzarət edən müxalifətin tərəfdarları aylardır etiraz aksiyaları keçirərək Maduronun istefasını tələb edir. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalarda yüzlərlə adam ölüb.