
“Bizə qarşı 1200 raket tuşlanıb”
Venesuela: “ABŞ Karib dənizində misli görünməmiş hərbi fəallıq nümayiş etdirir”
Venesuela: “ABŞ Karib dənizində misli görünməmiş hərbi fəallıq nümayiş etdirir”
Venesueladan ABŞ-a mesaj
Maduro reaksiya verdi: “Venesuelanı heç kim aşağılaya bilməz”
Venesuelada narkotik daşınmasında istifadə edilən təyyarə zolağı tapılıb
Venesuela təkzib etdi: “Hücum videosu süni intellektlə hazırlanıb”
Venesueladan ABŞ-a xəbərdarlıq
ABŞ-ın Venesuela sahillərinə donanma göndərməkdə əsl məqsədi nədir?
“Venesuelaya girmələri üçün heç bir yol yoxdur”
Karib dənizinə bir sualtı və 7 döyüş gəmisi yola salınıb
ABŞ savaş gəmiləri Sakit Okeanda yerləşdirildi ...
Kolumbiya Prezidenti ABŞ-ın Maduro iddiasını yalanladı
ABŞ donanması Venesuela açıq sularına üç nəhəng döyüş gəmisi göndərdi
Müxalifətin boykot çağırışlarından sonra onlarla həbslər həyata keçirilib
Maduro Qayanaya ərazi iddiası ilə çıxış edib
Argentina məhkəməsi Maduronun, Venesuela məhkəməsi isə Xavyer Melin həbsinə order verib
6 əcnəbi həbs olundu
Venesuela prokurorluğu iyulun 28-də keçiriləcək prezident seçkilərində müxalifət koalisiyasının namizədi Edmundo Qonzalesi qanuna tabe olmamaq ittihamı ilə ifadə verməyə çağıracaq. Dövlət televiziyası VTV-nin xəbərinə görə, prokurorluq Qonzalesə qarşı rəsmi qurumlara tabe olmamaq və vəzifə borcunu qəsb etmək ittihamları ilə cinayət işi açacaq.
Baş prokuror Tarek Vilyam Saab məsələ ilə bağlı verdiyi açıqlamada, “Qonzales 28 iyul seçkiləri başa çatdıqdan sonra hakimiyyətə qarşı itaətsiz hərəkətlərinə görə məsuliyyət daşımalı və çağırışa əməl etməlidir. Üzünü göstərmir və harada olduğu bilinmir, amma ifadə verməyə getməlidir”.
Qonzalesin prokurorun çağırışına əməl edib-etməyəcəyi hələlik bəlli olmasa da, prokurorluğun bir neçə saat ərzində müxalifət namizədini ifadə verməyə çağıracağı gözlənilir.
Yerli KİV-in məlumatına görə, Milli Seçki Şurası (CNE) Nikolas Maduronu qalib elan etsə də, Qonzales CNE-ni seçkidə saxtakarlıq etməkdə günahlandırıb və nəticələri etibarsız hesab edib və bu, sözügedən cinayət təhqiqatının açılmasına səbəb olub.
***
Avqustun 23-də yaydığı birgə bəyanatda ABŞ və on Latın Amerikası ölkəsi prezident Nikolas Maduronun yenidən seçilməsinə dair Venesuela Ali Məhkəməsinin qərarını tanımaqdan imtina edib.
ABŞ, Argentina, Kosta-Rika, Çili, Ekvador, Qvatemala, Panama, Paraqvay, Peru, Dominikan Respublikası və Uruqvay hökumətləri Venesuela Ali Məhkəməsinin qərarını tamamladığını təsdiqləyirlər. Onun seçki prosesinin nəticələri yenidən və ətraflı yoxlanılmalıdır. 11 ölkə Maduro ilə bağlı bəyanatını qəti şəkildə rədd etdiklərini və məhkəmənin müstəqil və qərəzsiz olmadığını bildirib.
Venesuela bu münasibətə xarici işlər naziri Yvan Gil vasitəsilə cavab verib. “yalnız venesuelalıları maraqlandıran məsələlərə müdaxilə qəbuledilməzdir”, – deyən rəsmi karakasın bəyanatı kobud və təkəbbürlü adlandıraraq sərt şəkildə edib.