İranın Keşm adası vuruldu
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
12:51 | 24 avqust 2024 | Şənbə
Məqaləyə 531 dəfə baxılıb
Şriftin ölçüsü
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Kubanın turizm sektoru çökmə həddində
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Pentaqondan “SpaceX”ə milyardlarla dollarlıq hərbi müqavilə
ABŞ-nin Kuba blokadası dərinləşir – adada işıq, yanacaq və ərzaq böhranı
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
ABŞ Maliyyə Departamenti və Dövlət Departamenti cümə günü Rusiyanın Ukraynadakı müharibəsinə dəstək verdiyinə görə 400-dən çox şəxs və şirkətə qarşı sanksiyalar elan edib. Çin, Rusiya, Avropa və Yaxın Şərqdən müxtəlif şəxslər və təşkilatların yer aldığı sanksiya siyahısında Türkiyə vətəndaşı və şirkətləri də var.
ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda maliyyə nazirinin müavini Uolli Adeyemo, “Rusiya öz iqtisadiyyatını Kremlin hərbi sənaye kompleksinin alətinə çevirib. Maliyyə Nazirliyinin bugünkü hərəkətləri prezident Baydenin və “Böyük yeddilik” ölkələri liderlərinin Rusiyanın hərbi-sənaye əsaslı təchizat zəncirlərini tənqid etməsi və onun ödəniş kanallarını pozmaq üzrə öhdəliklərini yerinə yetirməyə davam etdiyini göstərir”, – deyib.
“Dünyadakı şirkətlər, maliyyə institutları və hökumətlər Rusiyanın hərbi-sənaye təchizatı zəncirlərini dəstəkləməmədir”, – Adeyemo deyib.
Ukrayna prezidenti Vladimir Zelenski “X” sosial şəbəkəsindəki statusunda ABŞ-a sanksiyalara görə təşəkkür edərək, bunun Rusiyanın “Ukraynaya qarşı təcavüzkar müharibə aparmaq” qabiliyyətini daha da zəiflədəcəyini bildirib. Zelenski “Rusiya təcavüzünü davam etdirdikcə, təcavüzkara qarşı təzyiqlər saxlanılmalı və daim artırılmalıdır”, – yazıb.
ABŞ Maliyyə Nazirliyi Çin, İsveçrə, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla yüzdən çox şəxs və təşkilata qarşı “Sanksiyalardan yayınma və sanksiyaların pozulması” başlığı ilə sanksiya tətbiq etdiyini açıqlayıb. Bəyanatda deyilir ki, bu sanksiyalar “Rusiyaya hərbi texnika və həssas ikili təyinatlı mallar tədarük edən transmilli şəbəkələri və Rusiya gəlir generatorları və oliqarxları adından qeyri-qanuni maliyyə sxemlərini və sanksiyalardan yayınmağı asanlaşdıran və ya imkan verən çoxsaylı şəbəkələri hədəfləyir”.
Nazirlik onu da açıqlayıb ki, ABŞ-ın əvvəllər sanksiyalar siyahısına daxil etdiyi Rusiyada yerləşən “Promtex” şirkəti Türkiyə, Fransa və Honq Konq şirkətləri vasitəsilə şəbəkə yaradaraq “Promtex”in törəmə şirkətlərinə yüksək prioritetli mallar göndərib.
Avqustun 23-də ABŞ-ın qəzetində də ABŞ Ticarət Nazirliyinin ixrac nəzarəti siyahısına 123 yeni təşkilatın əlavə edildiyi açıqlanıb. Bu təşkilatlardan 63-ü Rusiyada, 42-si Çində, 8-i isə Türkiyədədir. Rəsmi qəzetdə dərc olunan 56 səhifəlik sənədə görə, bu təşkilatların “ABŞ-ın milli təhlükəsizliyi və ya xarici siyasət maraqlarına zidd fəaliyyət göstərdiyi” müəyyən edilib.