
“Bizə qarşı 1200 raket tuşlanıb”
Venesuela: “ABŞ Karib dənizində misli görünməmiş hərbi fəallıq nümayiş etdirir”
Venesuela: “ABŞ Karib dənizində misli görünməmiş hərbi fəallıq nümayiş etdirir”
Venesueladan ABŞ-a mesaj
Maduro reaksiya verdi: “Venesuelanı heç kim aşağılaya bilməz”
Venesuelada narkotik daşınmasında istifadə edilən təyyarə zolağı tapılıb
Venesuela təkzib etdi: “Hücum videosu süni intellektlə hazırlanıb”
Venesueladan ABŞ-a xəbərdarlıq
ABŞ-ın Venesuela sahillərinə donanma göndərməkdə əsl məqsədi nədir?
“Venesuelaya girmələri üçün heç bir yol yoxdur”
Karib dənizinə bir sualtı və 7 döyüş gəmisi yola salınıb
ABŞ savaş gəmiləri Sakit Okeanda yerləşdirildi ...
Kolumbiya Prezidenti ABŞ-ın Maduro iddiasını yalanladı
ABŞ donanması Venesuela açıq sularına üç nəhəng döyüş gəmisi göndərdi
Müxalifətin boykot çağırışlarından sonra onlarla həbslər həyata keçirilib
Maduro Qayanaya ərazi iddiası ilə çıxış edib
Argentina məhkəməsi Maduronun, Venesuela məhkəməsi isə Xavyer Melin həbsinə order verib
6 əcnəbi həbs olundu
Venesuela prezidenti Nikolas Maduro ölkəsinə qarşı tətbiq edilən birtərəfli ədalətsiz sanksiyalara baxmayaraq iqtisadiyyatın böyüməyə davam etdiyini bildirib. Milli Seçki Şurasının (MŞŞ) açıqladığı nəticələrə görə, iyulun 28-də keçirilən prezident seçkilərində qalib gələn Maduro Miranda əyalətinin Zamora qəsəbəsinə səfər edib.
Maduro, ölkədəki ifrat sağçı müxalifətin tələbləri istiqamətində illərdir Venesuelaya birtərəfli sanksiyaların tətbiq edildiyini, lakin hər şeyə baxmayaraq, ölkə iqtisadiyyatının böyüməyə davam etdiyini bildirib.
İqtisadiyyatı daha da gücləndirmək üçün yeni paketlər açıqlayacaqlarını ifadə edən Maduro, “Hökumət ölkənin hər küncündə xalqın yanında olacaq. İmperialist hücumların vurduğu zərərin aradan qaldırılması üçün təsirli layihələr dəstəklənəcək. Ölkənin qaynaqları bu sahədə insanların ehtiyacları üçün istifadə olunacaq.”. Maduro avqustun 25-də Milli Referendum keçirəcəklərini və inqilabi layihələri ictimaiyyətin iştirakı ilə venesuelalıların seçiminə təqdim edəcəklərini bildirib.
Konstitusiyada nəzərdə tutulan iştirakçı demokratiyaya önəm verdiklərini vurğulayan Maduro, “Hər kəsi 25 avqustda keçiriləcək referendumda iştiraka dəvət edirəm. Xüsusilə gənclərin seçkilərə getmələrini və ölkənin inkişafına dəstək verəcək layihələrə səs vermələrini istəyirəm”.
Maduro yerli rəsmilərlə birlikdə fermerlərə baş çəkib və kəndlilərin əkinlərini yaxından araşdırıb.
Venesuela Seçki Şurasının iyulun 29-da açıqladığı nəticələrə görə, prezident Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib. Müxalifət koalisiyasının namizədi Edmundo Qonzales və müxalifət lideri Maria Korina Maçado seçkilərin nəticələrini rədd ediblər.