vaxtlı-vaxtında oxuyun! Cümə, 4 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
09:51 | 23 avqust 2024 | Cümə Məqaləyə 190 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Konstitusiya ölkədəki hər kəs üçündür”

Ali Məhkəmə Maduronun qələbəsini təsdiqlədi, qonşu ölkələr qərarı tanımadı

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Venesuela Ali Məhkəməsi (Supreme Tribunal of Justice – TSJ) iyulun 28-də ölkədə keçirilən prezident seçkilərində Nikolas Maduronun qalib gəldiyini təsdiqləyib.

Yerli mətbuatda yer alan xəbərə görə, TSJ Seçki Departamenti uzun müddətdir iqtidar və müxalifət arasında etirazlara səbəb olan 28 iyul prezident seçkilərinin nəticələri ilə bağlı qərar verib. TSJ, Milli Seçki Şurasının (Tribunal Superior Eleitoral – TSE) iyulun 29-da açıqladığı prezident seçkilərinin nəticələrində heç bir qanun pozuntusunun olmadığına qərar verib və Maduronun seçkidə qalib gəldiyini təsdiqləyib.

TSJ-nin hakimi Karisliya Beatriz Rodriqez çıxışında TSE-nin nəticə bülletenlərinin seçki məntəqələrinin hesabatları ilə uyğun olduğunu qeyd edərək, “Bu hesabatlar milli hesablama mərkəzlərinin məlumat bazası ilə tamamilə üst-üstə düşür”, – deyib.

Seçki prosesi ilə bağlı hərtərəfli və dərin araşdırma aparıldığını qeyd edən Rodriqez, 28 iyulda prezident seçkiləri başa çatdıqdan sonra TSE sisteminə “böyük” kiber hücumun baş verdiyinin də sübut edildiyini bildirdi.

Venesuela Ali Məhkəməsi ölkənin ən yüksək məhkəmə orqanı hesab olunur və Venesuela qanunlarına uyğun olaraq seçkilərin etibarlılığını təsdiqləmək üçün məsuliyyət daşıyır. Sözügedən seçki nəticələrinə etiraz edildikdə və ya nəticələr mübahisəli olduqda, TSJ işə daxil olur və yekun qərarı verir. TSJ-nin Maduronun qələbəsini təsdiqləməsi o deməkdir ki, seçki nəticələri qanuni sayılır.

Venesuelanın keçmiş prezidenti Uqo Çavesin La Quaira ştatında heykəlinin açılış mərasimində ictimaiyyətə müraciət edən Maduro TSJ-nin 28 iyul seçkiləri ilə bağlı qərarını dəyərləndirib. TSJ-nin tarixi və qəti qərar verdiyini vurğulayan Maduro, “Qanun qərarlarına, milli suverenliyə və ədalətə tam hörmətlə yanaşırıq. Konstitusiyaya hörmət çərçivəsində və sülh yolunda irəliləməyə davam edəcəyik. Seçki mübahisəsi olduqda, Ali Ədalət Məhkəməsinin Seçki Palatası bununla bağlı qərar verir. Venesuela konstitusiyası ölkədəki hər kəs üçündür”, – deyib.

Çavesin heykəlinin küçələrdə zorakılığa səbəb olan “faşistlər” tərəfindən hücuma məruz qaldığını xatırladan Maduro, Milli Assambleyanın (AN) “qarşıdan gələn” cəzaların tətbiqi üçün hərəkətə keçdiyini bildirib.

Adlarını çəkmədən müxalifəti hədəf alan Maduro, “Ölkənin elektrik stansiyalarına təxribat etməklə Venesuelanı elektriksiz qoymağı hədəflədilər. Respublikaya qarşı cinayət hücumları etdilər və şiddətli hadisələrdə bir çox polisimiz yaralandı, bəziləri ağır yaralandı. Zədələnmiş dövlət qurumlarımızı tez bir zamanda bərpa etdik”.

***

Bununla belə, Uruqvay və Çili Venesuela Ali Məhkəməsinin Maduro ilə bağlı qərarını tənqid edib. Uruqvay prezidenti Luis Lakalle “X” sosial media platformasında verdiyi açıqlamada TSJ-nin 28 iyul prezident seçkisi qərarını “saxtakarlıq” olaraq qiymətləndirib.

Beynəlxalq ictimaiyyətə çağırış edən Lakalle, “Maduro rejimi beynəlxalq ictimaiyyətin pislədiyi hər şeyi qəbul edir. Bu, institusional və demokratik həyatın bütün qapılarını xalqın üzünə bağlayan bir diktaturadır. Venesuela davasını müdafiə etməkdən vaz keçməməliyik”, – deyib.

Çili prezidenti Qabriel Boric də TSJ-nin qərarına reaksiya verib və iyulun 28-də keçiriləcək prezident seçkilərinin nəticələrini tanımayacaqlarını bəyan edib.

Prezident Maduronun hökumətini “zalım” olmaqda günahlandıran Boric, “Bu gün TSJ saxtakarlığı gücləndirdi. Diktaturanın seçkiləri saxtalaşdırdığına heç bir şübhəmiz yoxdur. Mən vətənlərində demokratiya üçün fəryad edən minlərlə venesuelalının gözlərinin içinə baxıram. Çili Maduro və onun qurumlarının özlərinə elan etdiyi bu saxta qələbəni tanımır”.

Kolumbiyanın keçmiş prezidentləri Xuan Manuel Santos və İvan Duke də sosial media hesablarında paylaşdıqları paylaşımlarda Ali Məhkəmənin Maduronun seçkilərdə qələbəsini təsdiq edən qərarını “cəfəngiyyat” kimi şərh ediblər.

***

Venesuela Seçki Şurasının iyulun 29-da açıqladığı nəticələrə görə, prezident Maduro 51,20 faiz səslə üçüncü dəfə prezident seçkilərində qalib gəlib.

Müxalifət koalisiyasının namizədi Edmundo Qonzales və müxalifət lideri Maria Korina Maçado seçkilərin nəticələrini rədd ediblər.