İranın pulu ləğv olundu
Tümən 1-in 10-a nisbətində rialı əvəzlədi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Kağız puldan imtina
Dünyanın ən böyük iqtisadiyyatlarından birində inqilabi dəyişim
-
Vəfat edən şəxsin pensiya kapitalı hara xərclənir?
Bu məsələ Milli Məclisdə dinləmələrə çıxarılacaq
-
Saxta pulu necə tanıyaq?
Kağızı sürüşkənliyi ilə seçilir, ...
-
1 tümən 1 dollar olacaq
İran denaminasiyaya hazırlaşır
-
İranda vəziyyət anbaan ağırlaşır
Dollar sürətlə bahalaşır, mağazalardan “pampers” yoxa çıxır...
-
Məqsəd qorxutmaqdır
Sələmçi absurd ittihamla borcalanı həbs etdirmək istəyir
-
«Stolun üstündə pul saxlamayın»
Ən yoxsul insan puldan başqa heç nəyi olmayandır
-
30 günün sultanı
... Yaxud 24 saat çəkən xoşbəxtlik
-
Kişiyə əzgil demədim mən Dədə Qorqud!
... Yaxud yaxşı pul qazanan, santexnik və montyor işlərini bilən, idmançı cüssəli, daşınmaz əmlak sahibi potensial qatil
-
İran rialının dəyəri rekord həddə enib
1 dollar 41 100, 1 avro isə 48 900 riala bərabər olub
-
Pul doğrudan da xoşbəxtlik gətirir
Adamların çoxu əlavə gəlirlərini məhz əlavə istirahət vaxtının alınmasına xərcləyir
-
Dövlət hər kəsə pul paylasa, nə baş verər?
«Gəlir probleminiz olmasaydı, nə edərdiniz?» sualı İsveçrədə etirazla qarşılanıb
-
Böhran kralı da vurdu
Səudiyyə Ərəbistanı devalvasiyaya hazırlaşır
-
Manatı çökdürən mafiya...
... Bir gecədə 300 milyon dollar qazanıb
-
Gələcəkdə nə qədər milyarder olacaq?
10 il sonra onların sayı 38 faiz artacaq
-
Yüksək rütbəli məmurun evindən sərvət oğurlandı
350 min manat pul, 150 min manatlıq qızıl-zinət əşyaları...
İranın milli pul vahidi rəsmən ləğv edilib. Bu barədə İran prezidentinin başçılığı ilə iyulun 23-də keçirilən Nazirlər Kabinetinin iclasında qərar layihəsi qəbul olunub. Milli valyutanın dəyişdirilməsinin vacibliyi ilə bağlı təklif, 2016-cı ilin oktyabr ayında İranın Mərkəzi Bankından gəlmişdi.
Nazirlər Kabinetinin iclasında ölkənin pul və bank qanununun islah olunması layihəsi ilə bağlı hökumətin iqtisadiyyat komissiyasının hesababatı dinlənilib araşdırıldıqdan sonra milli pul vahidinin dəyişdirilməsinə qərar verilib.
Hazırlanan layihəyə əsasən İranın yeni pul vahidi «tümən», 10 «rial»a bərabər təyin edilib.
Bildirilir ki, həmin qərar layihəsinin qəbul olunmasında məqsəd, ölkənin pul və bank sistemində sabitliyi qoruyub saxlamaqdır. Qeyd olunur ki, İran hökumətinin milli valyutanın dəyişdirilməsi ilə bağlı təklifi əvvəlcə İran parlamentinə təqdim ediləcək. Təklif, iranlı deputatlar tərəfindən qəbul ediləcəyi təqdirdə, Konstitusiyaya Nəzarət Şurasının razılığı ilə qanuna çevrilərək İranın pul vahidi rəsmən «tümən» olacaq.
Xatırladaq ki, İranda əhali arasında gündəlik alış-veriş zamanı qeyri-rəsmi olaraq daha çox «tümən»dən istifadə edilir. Alış-veriş mübadilələrində isə «rial» sözündən istifadə olunması hesablamalarda ciddi çətinliklər yaradır, vətəndaşları cürbəcür problemlərlə üz-üzə qoyur.