vaxtlı-vaxtında oxuyun! Bazar, 1 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BANK, BİRJA, SIĞORTA  
18:27 | 1 may 2024 | Çərşənbə Məqaləyə 2902 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kağız puldan imtina

Dünyanın ən böyük iqtisadiyyatlarından birində inqilabi dəyişim

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Hindistanda elektron ödəniş üsullarının yayılması ilə nağd pul arxa plana keçib.

ABŞ-nin aparıcı media qurumlarından biri olan CNN-in xəbərində “Elektron ödəniş böyük ehtimalla Hindistanın iqtisadi fövqəldövlət olma səyində mühüm rol oynayacaq” ifadəsi işlədilib.

Dünyanın 5-ci ən böyük iqtisadiyyatına malik Hindistanda elektron ödəniş sistemi “Unified Payments Interface” (UPI) ilk dəfə 2016-cı ildə tətbiq edilib.

Hindistanı 2047-ci ilə qədər “inkişaf etmiş ölkə”yə çevirəcəyini vəd edən baş nazir Narendra Modinin göstərişi ilə hazırlanan sistem 15 il əvvəl tətbiq olunarkən ölkədəki ödənişlərin təxminən 96 faizi nağd şəkildə həyata keçirilirdi.

Özəl banklar və Hindistan Mərkəzi Bankının birgə işi ilə hazırlanan UPI sistemi vətəndaşlara mobil telefonlarını virtual kredit kartı kimi istifadə etməyə imkan verir. İstifadəçilər heç bir komissiya ödəmədən 600 müqaviləli bankdan hesablarına köçürmələr edərək alış-verişlərini tamamlaya bilərlər.

Xəbərdə həmin il 500 və 1000 rupilik əskinasların (təxminən 100 və 200 manat) dövriyyədən çıxarılmasının da ödəniş üsullarının rəqəmsallaşmasında mühüm rol oynadığı qeyd edilib. Sözügedən iki əskinas bazardakı pulun 86 faizinə uyğun gəlirdi.

Bu addımın ardınca Modi hökuməti 2 min rupi (təxminən 400 manat) dəyərində kağız pullar buraxdı. Lakin bu əskinaslar da ötən ilin may ayında dövriyyədən çıxarılıb.

Bundan əlavə, pandemiya dövründə rəqəmsal ödəniş sistemlərinə tələbatın artdığı vurğulanıb.

Xəbərdə bildirilirdi ki, indi hindlilər ərzaq alış-verişindən tutmuş həkim xərclərinə qədər UPI vasitəsilə bir çox xərclər edirlər. Rəsmi rəqəmlərə görə, keçən il sistem vasitəsilə ən azı 100 milyard əməliyyat həyata keçirilib.