
“Hindistanı həll edəcəyik”
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
“Dünyada savaş qaydaları çökür”
Hindistan-İran-Ermənistan yaxınlaşması
Hindistan Mərkəzi Bankı ABŞ istiqrazlarından çəkilir
Yeni Dehli “S-400” HHM sistemi və “Su-30” qırıcıları ilə maraqlanır
Tramp: “Hindistan tarifələri sıfırlamağı təklif etdi”
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Hindistan lideri 7 ildən sonra ilk dəfə Çini ziyarət edib
Üçüncü baş nazir də vəzifəsini itirdi
İran və Avropa arasında “snapback” krizi
Pakistan sel fəlakəti yaşandı – 22 ölü
Kim Çen In Putinə qoşularaq Çinə gedir
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Hər iki ölkə iqtisadi əlaqələri gücləndirmək istəyir
FED rəsmisi: ““Stablecoin”lər ABŞ dollarının qlobal rolunu genişləndirə bilər”
Neftdən sonra ən çox valyuta gətirən sektoruna yeni çağırışlar
BMT-nin yeni proqnozuna görə, dünyada əhali sayı noyabrın 15-də 8 milyardı keçəcək. Gələn il Hindistanın əhali sayına görə Çini keçəcəyi gözlənir. İyulun 11-də yayılmış hesabatda qeyd olunur ki, 1950-ci ildən bəri dünyada əhali artımı ən aşağı həddə düşüb, 2020-ci ildə cəmi 1 faiz artıb.
BMT-nin Baş katibi Antonio Quterres bildirib ki, ümumilikdə əhali artımındakı indiki mərhələ “planetimizin qayğısına qalmaq üçün birgə məsuliyyət daşıdığımızı yada salır”.
2030-cu ildə dünyada əhali sayının 8.5 milyarda, 2050-ci ildə 9.7 milyarda çatacağı gözlənir. 2080-ci illərdə artım 10.4 milyard pik həddinə yüksələcək, 2100-cü iləcən həmin həddə qalacağı gözlənir.
2023-cü ildə Hindistan əhali sayına görə Çini üstələyəcək, hesabatda vurğulanır. Hazırda bu ölkənin əhalisi 1.412 milyard, Çininki isə 1.426 milyarddır.
2050-ci ildə Hindistanda 1.668 milyard, Çində isə 1.317 milyard əhalinin olacağı proqnozlaşdırılır.
Gələn onilliklərdə dünyada əhali artımı əsasən səkkiz ölkədə cəmləşəcək – Konqo Demokratik Respublikası, Misir, Efiopiya, Hindistan, Nigeriya, Pakistan, Filippin və Tanzaniyada.