
Makrondan “mən də varam” addımı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Cinsi istismar və təcavüz
Fransada müəllimlər tətilə gedir!
Ölkənin ən təhlükəli bölgələr açıqlanıb
Sosial mediada yayılan istefa iddiaları Kremldən idarə olunurmuş
Marketlərdə satılan bakteriyalı ağartıdan 2 nəfər öldü
Dövlətlər sarsıntıdan hələ də özlərinə gəlməyib
Fransada etirazlar səngimiz
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
İki nəfər ağır yaralandı
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Fransada “Hər şeyi dayandır!” etirazları başladı
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
Parisdə məscidlərin önünə 9 donuz başı atılıb
İstefaya göndərilən Baş nazirdən vida çıxışı
Fransada yeni baş nazir kim olacaq, masada kimlərin adı var?
Fransa sabahdan etibarən 2024-cü il Paris Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşarkən, solçu “Boyun əyməyən Fransa” (LFI) partiyası aylardır hazırlıqlarının davam etdiyi olimpiadaları nəqliyyatdan tutmuş yaşayış sahəsinə qədər bir çox sahəyə mənfi təsir göstərdiyini əsas gətirərək tənqid edir.
İfrat solçu LFI partiya qrupunun verdiyi yazılı açıqlamada, Fransanın ev sahibliyi edəcəyi paytaxt Parisdə keçiriləcək 2024 Olimpiya Oyunlarının sosial, iqtisadi və ekoloji nəticələri ilə bağlı “xalq komissiyası” adı altında araşdırma komissiyası quracaqları bildirilib..
Açıqlamada bildirilib ki, “millyardlarla insana birbaşa təsir edən Olimpiya Oyunları üçün yaradılacaq təhqiqat komissiyası” çərçivəsində Fransada ictimai qərar qəbul edənlərin, yerli hakimiyyət orqanlarının, idmana məsul şəxslərin və Olimpiadalara ev sahibliyi edən ölkələrdən ictimai xidmət idarəçiləri, dərnək və birliklər, idman iqtisadiyyatı və hüquq mütəxəssislərindən rəylər alınacaq.
“Bu gün Beynəlxalq Olimpiya Komitəsinin (BOK) təşkil etdiyi Olimpiya və Paralimpiya Oyunlarının idmanın harmoniyası və həzz alması ilə heç bir əlaqəsi yoxdur”. Açıqlamada bu olimpiya modelinin “ticarət yönümlü” olduğu vurğulanıb.
Bəyanatda “qanunsuz mühacirləri” şəhərdən çıxaran və ictimai azadlıqları məhdudlaşdıran Olimpiadanın prezident Emmanuel Makronun “uğursuz və ifrat” siyasətini daha da pisləşdirdiyi də yer alıb.
Bəyanatda 2030-cu il Qış Olimpiya Oyunlarına da ev sahibliyi edəcək Fransada yaradılacaq ictimai komissiyanın əhəmiyyətinə diqqət çəkilərək, “Olimpiya Oyunlarının təşkili prosesinin və onun cəmiyyətə təsirinin ciddi və dürüst təhlili olmadan belə bir təşkilatın keçirilməsi ağlasığmazdır”, – deyilib.
Bəyanatda həmçinin qeyd olunub ki, yay boyu davam edəcək araşdırmaların nəticələri sentyabrın 8-də Paralimpiya Oyunları başa çatdıqdan sonra yeni parlament dövrünün əvvəlində açıqlanacaq.