vaxtlı-vaxtında oxuyun! Bazar, 8 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TEXNİKA  
14:07 | 26 iyul 2024 | Cümə Məqaləyə 186 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İlk cəhd uğursuz oldu

“SearchGPT” real vaxt məlumatlarını çatdırmağı hədəfləyir

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

“OpenAI”, “Google”a rəqib olacağına ümid etdiyi “SearchGPT” adlı yeni məhsul buraxıb. Məhsulda şirkətin daha məşhur “ChatGPT”ə bənzər süni intellekt modellərindən istifadə edilir. Layihə real vaxt məlumatlarını məhsula daxil etməklə, “aydın və uyğun mənbələrdən sürətli və ani cavablar” təmin etmək məqsədi daşıyır.

Şirkət məhsulun hələ erkən, sınaq mərhələsində olduğunu və məhsulu elan edərkən səhvə yol verdiyini vurğulayıb. Demo videoda istifadəçi avqust ayında Şimali Karolina ştatında bir şəhərdə keçiriləcək musiqi festivalları ilə bağlı sual verib. “The Atlantic”, sistemin cavab verdiyini, lakin tarixlərdə səhv edərək, istifadəçilərə konsertlərin avqustda bağlanacağını bildirib, halbuki həmin ay kassalar artıq bağlanmış olacaq.

“Bu, ilk prototipdir və biz onu inkişaf etdirməyə davam edəcəyik”, – deyi “OpenAI”dan “The Atlantic”ə bildirilib.

Bu səhv oxşar süni intellekt sistemlərinin nəzərə çarpan səhvlərinə bənzəyir. Keçən il, “Google” o zaman “Bard” kimi tanınan və sonradan “Gemini” adlandırılan layihəsini işə saldıqda, tanıtım videosunda Günəş Sistemimizdən kənarda olan planetin şəklinin ilk dəfə NASA teleskopu tərəfindən çəkilməsi səhvi var idi.

Hər iki səhv sistemlərin etibar etdikləri məlumatları tam dərk etməmələrindən qaynaqlanırdı. “SearchGPT”nin təqdim etdiyi tarixlər real idi, lakin kontekstdən çıxarılmışdı, “Google”un “Gemini”si isə NASA teleskopu ilə çəkilmiş ekzoplanetin ilk şəkli ilə başqa şəkli qarışdırıb.

Süni intellekt tədqiqatçıları xəbərdarlıq ediblər ki, bu sistemləri konteksti başa düşməkdə çətinlik çəkdikləri üçün bu cür səhvlərə yol verir. Sistemlər, həmçinin mövzu üzrə səlahiyyətli olduqları kimi səslənən bir tondan istifadə edərək, faktiki olaraq səhv cavablar verən “halüsinasiyalar”a meyllidirlər.

“OpenAI”, kiçik bir istifadəçi və nəşriyyat qrupundan rəy almaq üçün “SearchGPT”nin önizləməsini buraxacağını söyləyib.

“Google” may ayında axtarış sistemini pozduğundan, süni intellekt tərəfindən yaradılan yazılı xülasələr tez-tez axtarış nəticələrinin yuxarı hissəsində görünür.

Xülasələr, istifadəçilərin linkə klikləmədən və başqa sayta daxil olmadan daha çox məlumat tapa bilməsi baxımından tez cavablar yaratmaq üçün nəzərdə tutulub.

OpenAI-nin yaxın tərəfdaşı “Microsoft” da “Bing” axtarış sistemi üçün süni intellekt xülasələrini sınaqdan keçirir.