ABŞ Hindistanı qoparmağa çalışır
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
22:16 | 26 iyul 2024 | Cümə
Məqaləyə 429 dəfə baxılıb
Şriftin ölçüsü
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
İranın isə vaxtı daralır
ABŞ Polşaya əlavə 5 min əsgər göndərir
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
Xameneyinin adından yayılan açıqlamadan sonra enerji bazarında sıçrayış baş verdi
“Geniş miqyaslı müharibəyə yol aça bilər”
ABŞ kəşfiyyatının hesabatı ilə CENTCOM-un açıqlamaları ziddiyyət təşkil edir
ABŞ NATO-nun çevik qüvvələrində iştirakını azaldır
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ-ın keçmiş prezidenti Donald Tramp sui-qəsd zamanı qulağına dəyən cismin güllə deyil, qəlpə ola biləcəyi ilə bağlı yayılan xəbərlərə reaksiya verib. Tramp dünən “Truth Social” sosial media platformasında verdiyi açıqlamada FTB direktoru Kristofer Reyin sözlərini tənqid edib.
Respublikaçı lider deyib ki, “Şüşə, qəlpə yox idi. Xəstəxana dedi ki, qulağımdakı güllə yarasıdır, bu qədər sadədir”.
Çərşənbə günü Nümayəndələr Palatasındakı ifadəsində Vray bildirib ki, Trampın qulağına xəsarət yetirən parçanın güllə və ya qəlpə olub-olmadığına dair qeyri-müəyyənlik var.
2017-2021-ci illərdə ABŞ prezidenti vəzifəsində çalışarkən Vrayı FTB-nin başına təyin edən Tramp kəşfiyyat direktoru haqqında “O, açıq şəkildə ölkəmizə rekord səviyyədə axın edən terrorçular və digər cinayətkarlar haqqında heç nə bilmir” deyib.
“Təəccüblü deyil ki, bir vaxtlar şanlı FTB Amerikanın etibarını itirdi!”
İyulun 13-də Pensilvaniyada keçirilən mitinqdə Trampa silahla hücum edilib. 20 yaşlı hücumçu Tomas Metyu Kruksun və bir nəfərin öldüyü sui-qəsd zamanı Tramp qulağından güllə yarası alıb.
ABŞ-ın tanınmış qəzetlərindən olan “New York Times” (NYT) FTB-nin hadisə yerindəki güllə gilizləri, qəlpələri və metal parçaları araşdırmağa davam etdiyini bildirib.
Bir vaxtlar FTB-nin odlu silah təlimi bölməsinə rəhbərlik edən keçmiş agent Maykl Harriqan bildirib ki, kəşfiyyat rəsmiləri Kruksa dəstək verən hər kəsin olub-olmadığını müəyyənləşdirməyə önəm verirlər.
Harriqan iddia edib ki, Trampın qulağına nə dəydiyini bilmək istintaq üçün vacib deyil.
Digər tərəfdən Amerika mediası CNN yazıb ki, FTB sui-qəsd cəhdi ilə bağlı istintaq çərçivəsində Trampı sorğu-sual etməyi planlaşdırır.
Şəxsiyyətinin açıqlanmasını istəməyən ABŞ rəsmisi FTB-nin hadisə ilə bağlı istintaqda Trampın ifadəsini almaq istədiyini bildirib. Rəsmi bildirib ki, bu, istintaqın standart hissəsidir, çünki Tramp cinayətin qurbanı olub.