
Pensiya kapitalından necə istifadə etmək olar?
Ailə üzvlərinin başçısını itirməyə görə əmək pensiyası hüququ var
Ailə üzvlərinin başçısını itirməyə görə əmək pensiyası hüququ var
Güzəştli şərtlər ilə yaşa görə müavinət neçə yaşdan hesablanır və necə ödənilir?
Keyfiyyət meyarlarından istifadə sosial təminat baxımdan da arzuolunandır
... Və müavinəti necə əldə etmək olar?
Azərbaycanda təqaüdə çıxmaq yaşı bir çox qərb ölkəsindən daha aşağdır
Artımın nələrə təsiri olacaq?
Çoxuşaqlı ailələrə müavinət ödənilməlidirmi?
İşləyən şəxslərin pensiyaları necə artırılacaq?
Artımlar nə zaman ödəniləcək?
Dəqiq siyahı ...
Könüllük əsasında ...
Hər 100 manata ...
Orta aylıq əmək haqqının 900 manata çatacağı bildirilir
“Vahid indeksasiya metodu ilə hesablama inflyasiyanın nəzərə alınmasına imkan verəcək ...”
Pensiyası haqqında qanunda dəyişiklik təsdiqləndi
“Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik haqqında...
“Əmək Pensiyaları” haqqında Qanuna yeni dəyişiklik layihəsi bu gün Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olunub. Çox saylı sualları nəzərə alaraq qeyd etmək istərdim ki, dəyişikliklərdə məqsəd pensiyaya çıxış imkanlarını daha da genişləndirməkdir.
Bu dəyişiklik pensiyaçılara nə vəd edir?
Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Pensiya amnistiyası adlandırılan həmin güzəştin müddəti gələn ilin yanvarında başa çatırdı. Yeni dəyişikliklər ilə pensiya amnistiyası daha 3 il uzadılır.
Belə ki, mövcud qanunvericiliyə əsasən yaşa görə pensiya almaq üçün ya 25 il staj və ya minimum pensiya kapitalı tələb olunur. Ancaq, əgər vətəndaş 2018-ci ilinin iyulun 1-dək hətta 1 manat pensiya kapitalına malik olubsa o zaman onun 2006-cı ilədək olan stajı 25 il hesab olunur. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.
Praktik olaraq, bu dəyişikliklər ilə 2018-ci ilinin ikinci yarısınadək pensiya hesabında məbləğindən asılı olmayaraq vəsaiti olanlar pensiya almaq hüququn malik olacaqlar. Hətta ən kiçik məbləğ pensiya kapitalı olan vətəndaşlarımız da yaşa görə müavinət deyil, pensiya ala biləcəklər. Bu baxımdan, sözügedən dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.