vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
ASİYA  
23:22 | 19 iyul 2024 | Cümə Məqaləyə 244 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Banqladeşdə gərginlik azalmır

Ölü sayı 105-ə çatıb, ölkə boyu fövqəladə vəziyyət elan olunub

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Banqladeşdə 1971-ci ildə İstiqlal Müharibəsində xidmət etmiş şəxslərin övladlarına dövlət sektorunda kvota ayrılması qərarı ilə bağlı etirazlarda 105 nəfərin həyatını itirdiyi bildirilib. Hökumət bütün ölkədə komendant saatı elan edib və orduya vəziyyəti nəzarətə götürməyi tapşırıb.

Polis rəsmiləri bildiriblər ki, əksəriyyəti paytaxt Dəkkədə olan etirazlarda bu gün 30 nəfər ölüb.

Səlahiyyətlilər etirazların başladığı gündən ölənlərin sayının 105-ə yüksəldiyini bildirib. Səhiyyə rəsmiləri də 2 mindən çox adamın yaralandığını bildirdi.

Ölkədə mobil internetin kəsildiyi bildirilsə də, sosial mediaya da giriş məhdudlaşdırılıb.

Banqladeşdən gələn xəbər saytlarına ölkə xaricindən daxil olmaq mümkün deyil.

Etirazların şiddətinin artması ilə əlaqədar hökumət ölkə daxilində komendant saatı elan edib və orduya vəziyyətə nəzarət etməyi tapşırıb.

Komendant saatı cümə axşamından etibarən qüvvəyə minəcək.

Hakim Avami Liqa Partiyasından verilən açıqlamada kvotanın 30 faizdən 20 faizə endirilməsi təklifi irəli sürülüb. Bu çərçivədə hakim partiyanın kvotanın endirilməsi üçün iyulun 21-də Ali Məhkəməyə müraciət edəcəyi gözlənilir.

 

Tələbələr ölkədən gedib

 

NDTV televiziyasının xəbərinə görə, Banqladeşdə təhsil alan 300-dən çox hindistanlı universitet tələbəsi ölkələrinə qayıdıb. Tələbələr Hindistan və Banqladeş arasında, Tripura və Meqhalayanın şimal-şərq əyalətlərində yerləşən quru sərhəd qapılarından təhlükəsiz şəkildə çıxıblar.

Bəzi tələbələr Nepal və Butan vasitəsilə Hindistana çatıblar.

Banqladeş ordusuna Baş nazir Şeyx Hasina Vacidin evini qorumaq həvalə edilmişdi.

Etirazlar davam edərkən, nümayişçilər ölkə daxilində “dayandır” aksiyasına başlayıblar.

Etirazların baş koordinatorlarından olan Asif Mahmud bütün ölkə ərazisində “dayanma aksiyası” elan etdiklərini, xəstəxana və təcili yardım xidmətlərindən başqa bütün qurum və təşkilatların fəaliyyətinə icazə verilməyəcəyini açıqlayıb.

 

Dövlət sektoru kvotası

 

Banqladeşdə dövlət məşğulluq vəzifələrinin 56 faizi müəyyən demoqrafik qruplar və siniflər üçün nəzərdə tutulsa da, bunların 30 faizi 1971-ci il Müstəqillik Müharibəsi iştirakçılarının ailələrini əhatə edir.

Sözügedən kvotalar 2018-ci ildə ümummilli etirazlardan sonra ləğv edilib.

Etirazlar Ali Məhkəmənin keçən ay kvota sisteminin yenidən tətbiqi ilə bağlı qərarından sonra başlayıb.

Etirazçılar bu sistemi ayrı-seçkilikdə ittiham edərək, bunun Banqladeşin baş naziri Şeyx Hasina Vacidin rəhbərlik etdiyi Avami Liqası Partiyasının tərəfdarlarına fayda verdiyini iddia edirlər. Onlar bu sistemin ləyaqətə əsaslanan sistemlə əvəz olunmasını tələb edirlər.

İyulun 16-da Dəkkə, Çattoqram və Rəngpur şəhərlərində keçirilən etiraz aksiyaları nəticəsində 6 nəfərin həyatını itirdiyi, 250-yə yaxın tələbənin yaralandığı, polisin müdaxilə etdiyi bildirilib.

Banqladeş Ali Təhsil Şurası “tələbələri qorumaq üçün bütün dövlət və özəl universitetlərin növbəti bildirişə qədər bağlanmasını” xahiş etmişdi.

“Dhaka Tribune” qəzetinin məlumatına görə, ölkədəki bəzi universitetlər, o cümlədən etirazların keçirildiyi Dəkkə Universiteti, təhsil müəssisələrinin qeyri-müəyyən müddətə bağlandığını açıqlayıb.

Universitetlərin bağlanması qərarına baxmayaraq, tələbələr məktəbləri tərk etməkdən imtina ediblər.

Baş nazir Şeyx Hasina Vacid etirazlarda həyatını itirən tələbələrin ölümünü araşdırmaq üçün komitənin yaradılmasına göstəriş verdiyini bildirib.