
“Ədalətli razılaşma istəyirik”
Trampın Çindən tələbləri
Trampın Çindən tələbləri
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Çin isə Trampın əsas tələbləri ilə razılaşmadı, əksinə ...
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Birjaların vəziyyəti ABŞ Maliyyə nazirini narahat etmir
“Qida yağını özümüz də istehsal edə bilərik”
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
ABŞ Çinlə ticarət danışıqlarında böyük irəliləyiş gözləyir
Rus nefti alan ölkələrə qarşı yeni tədbirlər görüləcək
Rusiya aktivlərinin müsadirə edilməsinə qarşı Kreml eyni cavab verəcək
Dünyanın ən hündür körpüsü açıldı
Avropada iki yeniyetmə Rusiya üçün casusluq şübhəsi ilə həbs olundu
BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ölkələrinin illik sammiti videoformat çərçivəsində həyata keçirilib. İyunun 23-də reallaşan sammitə Çin sədrlik edib. Bundan əvvəlki sədr Hindistan idi. Videoformat çərçivəsində keçirilən sammitdə problem yaşanıb. Rusiya mətbuatı liderlərin müzakirəsi zamanı səs probleminin olduğunu yazıb, yəni liderləri bir-birlərini eşitməkdə çətinlik çəkiblər. Tərçüməçilərin səslərini eşitmək mümkün olmayıb.
Keçən sammitdən ötən müddətdə beynəlxalq aləmdə müxtəlif dəyişikliklər baş verib. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başlayıb, Qərbin Rusiyaya qarşı sanksiyalar sərtləşib, Çin bölgədə hərbi gücünü artırıb, ərzaq problemi dərinləşib və s. Maraqlıdır ki, videoformat çərçivəsində keçirilən sammitdə heç bir lider Ukrayna müharibəsindən danışmayıb, ümumiyyətlə Ukrayna sözünü tələffüz etməyiblər. Rusiya prezidenti Vladimir Putin başqalarıyla bu mövzunu müzakirə etmək istəmir. Odur ki, Rusiya ilə tərəfdaşlıq münasibətlərində olan dövlətlərin liderləri Putini rahatsız etmək istəməyiblər. Digər tərəfdən heç bir lider, o cümlədən tərəfdaşlar Rusiyanın Ukraynaya qarşı müharibədə haqlı olduğunu vurğulamaq istəmir.
BRİKS liderləri sammitdə dünya ticarətindəki mövcud vəziyyəti və öz aralarında iqtisadi əlaqələrin gücləndirilməsi mövzularını müzakirə ediblər. Bunu reallaşdırmaq çətindir. Çünki BRİKS təşkilatının iki əsas üzvü – Rusiya və Çinə qarşı müxtəlif sanksiyalar mövcuddur. Digər tərəfdən BRİKS üzvü Hindistanın Çinlə sərhəd problemi var və buna görə Dehli Pekinlə iqtisadi əlaqələri və ticarəti gücləndirməyə risk etmir. Əksinə, sərhəddə baş verən son insidentdən sonra Dehli Pekinlə planlaşdırdığı bir sıra ortaq iqtisadi layihədən imtina edib. Digər tərəfdən Rusiya və Çindən fərqli olaraq BRİKS-in digər 3 üzvü – Braziliya, Hindistan və Cənubi Afrika Respublikası ABŞ və Avropa ilə iqtisadi əməkdaşlığın inkişafına və strateji əlaqələrə çalışırlar. Odur ki, BRİKS sadəcə fikir mübadiləsi üçün bir platformadır. Braziliya, Hindistan və Cənubi Afrika Respublikası Rusiya və Çinin xeyrinə Qərblə sıx əməkdaşlıqdan imtina etməyəcəklər. Təsadüfi deyil ki, Hindistan və Cənubi Afrika Respublikası “böyük yeddilərin” toplantısına dəvət olunmuşdrular. Rusiya BRİKS-ə yeni üzvlər qoşmağa cəlb etsə də, bu təşkilatın ABŞ və müttəfiqlərinin formalaşdırdıqları təşkilatlardan üstün olacağı və ya onlarla rəqabət aparacağı problematikdir.