vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
DÜNYA  
15:41 | 25 iyul 2024 | Cümə axşamı Məqaləyə 145 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

55 ildir itkin idi

21 nəfərin öldüyü yük gəmisinin qalıqları tapıldı

XALİDƏ

Avstraliyada 55 il əvvəl fırtınada qalaraq batan və 26 ekipaj üzvündən 21-nin öldüyü yük gəmisinin qalıqları tapılıb. Ölkə mətbuatında çıxan xəbərlərə görə, 25 avqust 1969-cu ildə sulara qərq olan “MV Noongah” gəmisinin qalıqları 170 metr dərinlikdə tapılıb.

Gəminin yeri yüksək rezolyusiyaya malik dəniz dibinin xəritəsi və video görüntülərindən istifadə edilməklə müəyyən edilib və qalıq əsasən bütöv və dik vəziyyətdə aşkar edilib.

Həmin dövrdə 26 nəfərlik heyəti olan və poladla yüklü fırtınaya düşərək Yeni Cənubi Uelsin sahillərində batan “MV Noongah” yük gəmisi üçün Avstraliya tarixində “ən böyük dəniz axtarış-xilasetmə işlərindən” biri həyata keçirilib.

Gəmi batdıqdan dərhal sonra ekipajdan 5-i xilas edilsə də, 21-i həyatını itirib.