vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AVROPA  
15:29 | 26 iyul 2024 | Cümə Məqaləyə 172 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fransa nəqliyyatı iflic olub

Səhər qatar xətləri sıradan çıxarılan ölkənin günorta hava limanı da boşaldıldı

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

2024-cü il Paris Yay Olimpiya Oyunlarının açılış mərasiminə bir neçə saat qalmış Fransa polisi, ölkəsinin İsveçrə ilə ortaq istifadə etdiyi Bazel-Mülhauz hava limanının bomba həyəcanı səbəbilə boşaldıldığını və bağlandığını açıqlayıb.

Hava limanının saytında verilən açıqlamada deyilir: “Təhlükəsizlik məqsədilə terminal boşaldılmalı olub və hazırda bağlıdır”.

Uçuş əməliyyatları müvəqqəti olaraq dayandırılıb.

Daha sonra hava limanından verilən açıqlamada, Bazel-Mulhouse hava limanının bomba həyəcanı səbəbiylə adi təhlükəsizlik protokoluna uyğun olaraq fəaliyyətini bərpa etdiyi bildirilib.

***

Fransanın milli dəmir yolu şirkəti SNCF “X” sosial platformasındakı hesabında Olimpiya Oyunları öncəsi qatarların hərəkətində yaranan fasilələrlə bağlı açıqlama verib.

Açıqlamada Fransanın qərbi, şimalı və şərqindəki qatar xidmətlərinin “Pis niyyətli şəxslərin hərəkətləri” nəticəsində qatar xətlərinin böyük ölçüdə kəsildiyi bildirilib.

SNCF-nin açıqlamasında bu hərəkətlərə görə qonşu Belçikaya və La-Manş boğazı ilə Londona gedən qatarlarda fasilələr yarandığı qeyd edilib.

Açıqlamada, “yüksək sürətli qatar şəbəkəsini pozmağa yönəlmiş bu böyük hücumdan” sonra bir çox qatarın fərqli xətlərə yönləndirildiyi və bəzi reyslərin ləğv edildiyi ifadə edildi.

Açıqlamada, dəmir yolu nəqliyyatında yaranan fasilələrdən zərər çəkənlərin xəbərdar ediləcəyi vurğulanaraq, “İmkanı olan bütün sərnişinlərimizdən səfərlərini təxirə salıb stansiyaya getməmələrini xahiş edirik”, –deyilib.