

Cənubi Koreyada balıqçı gəmisi batıb
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
Cənubi Koreya iki yeni nüvə reaktorunun tikintisinə icazə verib
Cənubi Koreya və Yaponiyadan etirazlar gecikmədi
Kim Çen Inın dünənki səs-küylü bəyanatına qarşı Seulda üçlü zirvə görüşü
8 saatda 260 plastik butulka dolu torba göndərilib
Minlərlə insan öz evlərində tənha ölüb
Cənubi Koreya və ABŞ canlı sursatla hava təlimlərinə başlayıb
7 nəfər ölüb, 12 yaralı var
Hərbçinin ciddi qorunan sərhədi necə keçdiyi bəlli deyil
Vaşinqton Seula 3,5 milyardlıq hücum helikopterləri satdı, Avstraliya-İndoneziya saziş imzaladı
Cənubi Koreyalılar nüvə silahına sahib olmaq istəyir
Həddindən artıq isti dalğası ilə yeni rekord
Uçuşdaxili xidmətlərdə dəyişikliklər təklif edilir
Məşhur sosial şəbəkə fenomeni bütün prosedura 4500 dollar xərcləyib
Cənubi Koreya “Covid-19” həyəcanı
Cənubi Koreya ordusunun Şimali Koreyadan gələn pilotsuz uçuş aparatlarının (PUA) təhdidlərinə qarşı ölkənin bir çox yerində inteqrasiya olunmuş “anti-drone sistemi” yerləşdirdiyi bildirilir.
“Yonhap”ın məlumatına görə, Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi deyib ki, “Anti-drone sistemi Şimali Koreyanın kiçik pilotsuz uçuş aparatlarının yaratdığı təhdidlərə cavab vermək üçün əsas yerlərdə yerləşdirilib”.
Radar və siqnal bloklayan da daxil olmaqla müxtəlif avadanlıqlardan ibarət pilotsuz uçuş əleyhinə sistem PUA-larıı aşkar etmək, izləmək və vurmaq qabiliyyətinə malikdir.
Cənubi Koreyanın bu addımı 2022-ci ilin dekabrında Şimali Koreyaya məxsus 5 pilotsuz uçuş aparatının sərhədi keçməsindən və onlardan birinin paytaxt Seula daxil olmasından sonra atılıb.
Ordunun Şimali Koreyanın heç bir pilotsuz uçuş aparatının qarşısını ala bilməməsi onun bu sahədəki hazırlığı ilə bağlı suallar yaradıb.
Cənubi Koreya administrasiyası 2022-ci ilin dekabrında baş verən hadisədən sonra pilotsuz uçuş aparatlarına müdaxilə etmək qabiliyyətini gücləndirməyi sürətləndirdi. Şimali Koreya da son vaxtlar pilotsuz uçuş aparatlarının imkanlarını inkişaf etdirməyə çalışır.
Şimali Koreya lideri Kim Çen In avqustun 26-da yeni hazırlanmış pilotsuz təyyarələrin performans testini izləyib və daha çox kamikadze pilotsuz təyyarələrin istehsalına çağırıb.