
Əsgər tabutundan yapışdı
Kim Çen In göz yaşlarını saxlaya bilmədi
Kim Çen In göz yaşlarını saxlaya bilmədi
ABŞ-da “kompüter fermaları” quran fırıldaqçılar pulları Pxenyanın nəzarət etdiyi hesablara köçürüb
ABŞ Şimali Koreyanın nüvə silahlarını da hədəfə ala bilərmi?
ABŞ-ın İrana zərbə endirməsi Şimali Koreyanın nüvə siyasətinə necə təsir edəcək?
Rusiyanın yay planı kəşfiyyat hesabatlarında
Kim Çen Inın həyat yoldaşı lüks aksesuarı ilə görüntülənib
Şimala dəniz yolu ilə düyü və İncil göndərmək istəyiblər
Şimali Koreyada nəhəng silah bazası tikilir
Şimali Koreya lideri müasir döyüş raketlərinin istehsalını artırmağa çağırıb
ABŞ-da qanunsuz yaşayan çinli qaçaqmalçılıq yolu ilə sursat və texnika apardığını etiraf edib
Dünyanın ən uzun qatar səyahəti yenidən başlayır
Göldən 19 cəsəd çıxarılıb
İnternet kəsilməsi, səbəb tapılmadı
Şimali Koreya partiyanın iclasına qədər problemi həll etmək istəyir
Li Jae-myunq Cənubi Koreyanın yeni prezidenti oldu
3 saat ərzində 9 faizdən çox seçici səs verdi
Cənubi Koreyada impiçment tələbi rədd edildikdən sonra prezident səlahiyyətlərini müvəqqəti icra edən Han Duk-soo Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edib. Han Duk-soo Şimali Koreyanın bölgədə gərginliyi artıran hərəkətlərinə qarşı orduya “tam hazır olmaq” əmrini verib.
Han, Pxenyanın davam edən “hərbi təhdidləri” qarşısında xalqı və həyati əhəmiyyətli qaynaqları qorumaq üçün ordunu “tam” hazır olmağa çağırıb.
Han xalqa müraciətində ABŞ prezidenti Donald Trampın yenidən vəzifəyə təyin olunmasından sonra dəyişən iqtisadi və siyasi şərtlərə toxunub.
ABŞ və digər müttəfiqləri ilə əməkdaşlığı gücləndirmək üçün Xarici İşlər Nazirliyinə diplomatik səyləri artırmağı tapşırdığını qeyd edən Han, “Hazırda reallığa çevrilmiş ticarət müharibəsində milli maraqlarımızı təmin etmək üçün bütün bilik və bacarıqlarımı istifadə edəcəyəm”, – deyib.
***
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Pxenyan administrasiyası ABŞ, Cənubi Koreya və Yaponiyanın martın 17-20-də keçirdiyi birgə dəniz təlimlərinə reaksiya verib.
Pxenyan təlimin əsas məqsədinin Şimali Koreyanın nüvə potensialını müşahidə etmək olduğunu bildirib və düşmən ölkələrin təxribat və təhdidlərinə cavab verəcəklərini qeyd edib.
***
Prezident Yoon Suk Yeol 2024-cü il dekabrın 3-nə keçən gecə televiziya ilə çıxışında “müxalifətin dövlət əleyhinə fəaliyyətə qarışdığını” əsas gətirərək hərbi vəziyyət elan etsə də, parlamentdə keçirilən səsvermədə qərar ləğv edilərək Nazirlər Şurası tərəfindən təsdiqləndikdən sonra geri çəkilib.
2024-cü il dekabrın 14-də Milli Assambleyada keçirilən səsvermədə impiçment tələbi irəli sürülən Yoon Konstitusiya Məhkəməsinin onun haqqında qərarı çıxana qədər vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılıb və onun yerinə baş nazir Han Duk-sunun gətirilib.
Müxalifətin təşəbbüsü ilə 2024-cü il dekabrın 27-də Milli Məclisdə səsvermə keçirilib və fevralın 19-da işin ilk iclası keçirilib.
Daha sonra “Prezident Yoon Suk Yeol tərəfindən qəbul edilən hərbi vəziyyət qərarında rolu olduğu” səbəbi ilə vəzifəsindən uzaqlaşdırılan Hanın impiçment tələbi martın 24-də rədd edildi və prezident səlahiyyətlərinin icrasına qayıtmaq əmri verilib.