
“Huawei” və “Lenovo” üçün yaşıl işıq
Çinlə imzalanan strateji sənədlərdən sonra texnologiya nəhənglərinin işləri güclənə bilər
Çinlə imzalanan strateji sənədlərdən sonra texnologiya nəhənglərinin işləri güclənə bilər
Çin Azərbaycana inandığını bildirmək istədi
Logisitka, nəqliyyat qovşaqları və Avropaya yük daşıma prioritetdir
Xarici siyasəti strateji tərəfdaşa yox, milli maraqlara xidmət edir
... və soyuqqanlı uzaqgörənlik
Erməni mövqelərinin ölkə daxilinə geri çəkiləcəyi üçün proses uzanır
Azərbaycan ilə Çinin hərtərəfli strateji tərəfdaşlığı nə vəd edir?
... Yaxud Azərbaycanın kosmos strategiyasında Çin və İsrail xətti
Azərbaycan-Çin münasibətlərində yeni mərhələ
Çinlə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması bəyanatı imzalandı
Fürsətdən maksimum yararlanmalıyıq
Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi 50 faiz artıb
Azərbaycan davamlı sülhə töhfə verməyəcək nəticəsiz müzakirələrə isti yanaşmır
... Yaxud Araik niyə tam səmimi ola bilmir?
Əslində, bütün ermənilərin və Ermənistan dövlətinin denasifikasiya olunmasına ehtiyac var...
Ən önəmli məsələ səni sığorta edəcək gücü düzgün seçmək olacaq
Kimsədən yüksək vətənsevərlik, parlaq milli şüur, fədakarlıq gözləmirəm. Heç gözləməyi doğru da saymıram... Amma “insan öz taleyini yaşadığı ölkənin taleyindən ayırmamalıdır”. Sonuncu cümlənin müəllifi bir müddət öncə az qala sosial şəbəkə istifadəçilərinin yarısının “top atəşinə tutduğu” Ayaz Salayevdir. Bu mövzuya bir qədər sonra aydınlıq gətirməyə çalışacağam.
Azərbaycan bizim taleyimizdir. Bu həqiqəti daha dərindən dərk etmək üçün bu taleyin hər anını yaşamaq, imperiya əsarətindən, bayraqsızlıqdan, dövlətsizlikdən milli azadlığa, bayrağımıza, dövlətimizə yenidən sahibləndiyimiz, məğlubiyyətin əzici yükündən xilas olduğumuz ana kimi nə varsa öz içindən keçirmək və içindən keçmək lazımdır. Bu isə, şübhəsiz ki, hər kəsə nəsib olmur. Tale, qismət məsələsidir. Lakin bu o demək deyil ki, yuxarıda sadaladıqlarımın içindən keçməyənlər öz talelərini ölkənin taleyindən ayırmalıdırlar.
Türkiyədə baş verənlərlə bağlı mövzuya yenidən qayıtmayacağam. Çünki yağışdan sonrakı “siyasi talalar”dan boy atan, fundamental nəzəri biliklərinin olmamasının və siyasi təcrübəsizliklərinin hikkəsini Azərbaycanın taleyini öz taleyi bilən hər kəsin üzərinə zəhər kimi yağdıranların, hazırda bir neçə gün sonranı görə biləcəklərini gözləmirəm. Bir zamanlar Ukraynada baş verənlərdən təsirlənib, nəinki köynəklərini, hətta evlərinin divar kağızlarını belə narıncı rəngə bürüyənlərin mənəvi və siyasi davamçıları yenə də “meydandadılar”. Klassik “küyə aparanlar” və “küyə gedənlər” cameəsini nəzərdə tuturam... “Meydan”da başqa bir camenin “fəalları” da var. Hər şeyə, hətta yaşadıqları ölkənin taleyinə belə ən müxtəlif və dar “dinçi”, “məzhəbçı”, “təriqətçı” baxış bucağından yanaşanlar... Belələri də mövcud vəziyyətdən, yəni vəfa borclarını bir an belə unutmadan Türkiyə Prezidentinə dəstəyini ifadə edənlərin səmimi hissələrindən “faydalanaraq” çağdaş Türkiyənin qurucusu Mustafa Kamal Atatürkü hədəfə almağa belə cəsarət edirlər. Bu zehniyyətin daşıyıcıları Türkiyədəki solçu camenin yuxarı eşalonunda yer və Azərbaycana qarşı xəyanətkar mövqe tutanları müdafiə edənlərdən fərqlənmirlər.
Ətrafımızda baş verənləri dəyərləndirmənin sadə bir düsturu var: Azərbaycançı olmaq lazımdır! Vəssalam! Mənim üçün mütləq həqiqət milli maraqlarımızın son nöqtəsidir.
...İllər uzunu gəlişigözəl sözlərin arxasında gizlənib bizi təslimçi sülhə sövq etməyə çalışanların, ərazi bütövlüyümüzü və suvernliyimizi bərpa etdikdən sonra isə üzərimizə şərəfsizcəsinə yürüyənlərin siyasi əxlaqsızlığı, ədalətsizliyi görünür bəzilərinə görk olmayıb. Yenə eyni “hava”, eyni “havalanma”...
Maraqlıdır ki, hər iki ziyanlı mövqe daşıyıcılarının arasında bütün günü millətdən, dövlətdən danışanların yan-yörəsindəkilər üstünlük təşkil edir. Statusundan asılı olmayaraq, siyasi və sosial “beyin mərkəzləri”nin təmsilçiləri də həmçinin...
Zənnimcə, bütün bunlar ciddi şəkildə təhlil edilməli və nəticə çıxarılmalıdır.
Bir müddət öncə qohum dil və ləhcələrin, xüsusilə də daha çox daşıyıcısı olan dillərin bir-birinə təsir göstərdiyi barədə nəzəriyyələri əsas gətirərək, fikirlərini özünəməxsus, uğurlu hesab etmədiyim bir şəkildə, daxili senzuradan keçirmədən ifadə edən Ayaz Salayevə gəldikdə isə, fikirlərimi mövzuya uyğun və çox qısa ifadə edəcəyəm. Populist ritorika ədalətli və real yanaşmanın qənimidir. Ayaz Salayevlərin sayı azaldıqca Balaəlilərin sayı artacaq. Son 10 il ərzində toplumsal intellektual və mədəni səviyyəmizin haradan haraya endiyini nəzərə alsaq, bizi bir müddət sonra mənəvi deqradasiyanın dibinə enmək kimi bir təhlükə gözləyir.
Milli varlığımızı və iradəmizi ifadə etməyin yeganə yolu milli identikliyimizi qorumaq şərtilə Türk Dövlətləri Təşkilatını gücləndirmək və qlobal təhlükəsizlik çətirinə çevirməkdən ibarətdir. Bütün türk xalqlarının özünəməxsus mədəniyyətləri və dilləri, ləhcələri qorunmalı və inkişaf etdirilməlidir. Yalnız bu halda inkişafın təməlini təşkil edən təbii rəqabətə nail olmaq və böyük mədəni hadisələrə imza atmaq mümkündür.
Elçin MİRZƏBƏYLİ