
Həbsxanalar dolub-daşdı
Fransa xaricdən cəzaçəkmə müəssisələri kirayə götürməyi düşünür
Fransa xaricdən cəzaçəkmə müəssisələri kirayə götürməyi düşünür
ABŞ prezidenti İkinci Dünya müharibəsindəki qələbəni qeyd edərkən Fransanı hədəfə alır
Azərbaycanla bağlı həqiqəti deyənlər “dövlət üçün təhlükəli şəxslər” siyahısına salınır
Fransada hər 3 dəqiqədə bir uşaq zorlanır və ya cinsi istismar edilir
Bəzi şəhərlərdə müsəlmanlar üçün qadağan olunan ərazilər meydana gəlib
Almaniyanın işgüzar dairələri dini bayramların ləğv edilməsini istəyir
Ölkəsində reytinqi yerlə gedən Makronun səsvermə fobiyası yaranıb
İkinci əl geyim satış platforması “Vinted Kiabi” “Amazonu” keçərək zirvəyə çıxdı
Məhkəmə məşhur aktyora 18 aylıq cəzadan əlavə 20 min avro cərimə kəsib
Uşaq bağçaları, məktəblər və ictimai nəqliyyat dayanır
15 diplomatın deportasiya edilməsi haqqında qərar verildi
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
... 43 günə kapitulyasiya edən ölkənin 44 günə təslim olana arxa durması
Afrika Fransanın əlindən xilas olsa, ...
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Fransanın daxili işlər naziri: “Universitetlərdə hicabın qadağan edilməsini istəyirik”
Bu gün Fransanın Azərbaycana qarşı səlib yürüşünün ön görüntülərinin əsaslandırılmasına xidmət edən məqamlardan biri də ölkəmizdə yaşayan etnik erməni azlığının hüquqları ilə bağlıdır. Azərbaycan, dəfələrlə qoşulduğu beynəlxalq razılaşmaları əsas gətirərək, hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan suveren ərazilərində yaşayan ermənilərə ölkə vətəndaşlarına konstitusiya ilə verilən bütün hüquqları verməyə hazır olduğunu bəyan edib. Amma rəsmi Parisin və Fransanın qanunverici orqanının hər iki palatasının ölkəmizə qarşı əsassız iddiaları səngimək bilmir və daha aqressiv, daha qərəzli xarakter alır.
Halbuki Fransa, ilk növbədə öz konstitusiyasını, beynəlxalq razılaşmalara, eləcə də bu ölkədə yaşayan etnik azlıqların hüquqlarına olan münasibətini nəzərə alaraq, susmalı və bu mövzuya, ümumiyyətlə müraciət etməməli idi.
Məsələ burasındadır ki, Fransa, bütövlükdə etnik azlıq anlayışını qəbul etmir və bu səbəbdən, indiyədək Milli azlıqların hüquqlarının qorunmasına dair Çərçivə Sazişinə qoşulmayıb. Fransa konstitusiyasına görə, fransız milli dövlətçiliyinin təməlində fransız milli-mədəni ənənələri dayanır. Bu isə o deməkdir ki, fransız xalqının ənənələri Fransa cəmiyyətinin əsasını təşkil edir və dominant üstünlüyə malikdir. Fransada yaşayan digər xalqların nümayəndələrinin isə yalnız bir imtiyazı var – fransız olmaq! Yəni könüllü surətdə assimilə olunmaq!
Bununla yanaşı, bir məqamı da dəyərli oxucuların diqqətinə çatdırmaq istəyirəm: Fransa nəinki etnik azlıq anlayışını qəbul etmir, hətta regional dillərin və etnik azlıqların dillərinin mövcudluğu ilə bağlı reallıqlarla da barışmaq istəmir. Bu baxımdan, Fransa 1999-cu ildə Regional dillər və azlıqların dilləri haqqında Avropa Xartiyasını imzalasa da indiyədək ratifikasiya etməyib. Sənədə əsasən, Fransa ölkə ərazisində yaşayan, tarix və mədəniyyət baxımından fransızlara yaxın, ənənəvi, yəni Avropa xalqlarını təmsil edən etnik azlıqlara onların ana dilləri ilə bağlı müəyyən hüquqlar verməliydi... Amma vermədi...
Xartiyanın ratifikasiyası ilə bağlı qanun layihəsi sonuncu dəfə 2015-ci ildə Fransanın qnunverici orqanının gündəminə gətirilsə də, Fransa Dövlət Şurasının Xartiyanın konstitusiyaya zidd olması barədə rəyi məsələyə birdəfəlik nöqtə qoyub.
Bütün bunlarda sonra, öz ölkəsindəki etnik azlıqların, o cümlədən 350 min korsikalının, 230 min baskın və digərlərinin ən adi hüquqlarını tanımayan bir ölkənin Azərbaycanda yaşayan erməni azlığı ilə bağlı iddialarını simasızlığın son həddi kimi qiymətləndirməkdən başqa seçim qalmır.
İndi, əsasən soyqırımına məruz qoyulan, assimilə edilən, zorla fransızlaşdırılan xalqların nümayəndələrindən ibarət Fransa “milli” futbol komandasının dünya çempionatındakı məğlubiyyətinə sevinən azərbaycanlıları məsxərəyə qoyan, gülüş hədəfinə çevirən zatı qırıqların gözünün içinə... baxıb demək istəyərdim: Bəyənmirsiniz, gedin “demokratiya”nın, “mədəniyyət”in beşiyi saydığınız Fransaya, ya fransız olun, ya da fransız... Çünki Fransada yalnız bir halda “azlıq” kimi hüquqlarınızın tanınması mümkündür. Onu da... kimliyindən asılı olmayaraq, heç bir azərbaycanlıya arzulamıram...