Almaniya-Fransa ortaqlığı bitdi
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
11:16 | 10 yanvar 2023 | Çərşənbə axşamı
Məqaləyə 13832 dəfə baxılıb
Şriftin ölçüsü
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Ləğv olunan reyslər artır, biletlər bahalaşır
Yaxud tarixşünaslığı ədəbiyyata dəyişən yazıçı və dramaturq
Fransa müstəmləkə dövründə oğurladığı mədəni sərvətlərin qaytarılmasını qanuniləşdirdi
Pezeşkian: “Hörmüz boğazına təhdid qlobal nəticələr doğura bilər”
Makron sonrası siyasi boşluq və ifrat sağın yüksəlişi
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Fermerlər aksiyanı Milad günlərində də dayandırmadı
Fransa Baş qərargah rəisinin çıxışı ölkədə ciddi etirazlara səbəb oldu
Fransada hökumətdən xalqa çağırış
BMT Təhlükəsizlik Şurasında növbəti uğursuzluğa düçar olan Emmanuel Makron indi də ermənilərin könlünü almaq üçün partiyadaşı, Fransa Milli Assambleyasının prezidenti Yael Bron-Piveni İrəvana göndərir.
Baş nazir Nikol Paşinyanın təbliğatçıları isə, artıq xanım Bron-Pivenin gözlənilən səfəri ilə bağlı “proqnoz”larını üyütməyə başlayıblar. Onların qənaətinə görə, Bron-Pive Birləşmiş Ştatlardan olan həmkarı “Nensi Pelosinin izi” ilə gəlir və bu səfər bölgədə yeni dəyişikliklərin əsasını qoyacaq. Amma “yeni dəyişikliklər”in nədən, yaxud nələrdən ibarət olacağını, nədənsə bir kimsə dilə gətirmir. Qeyd edim ki, Ermənistanda eyni “bayram” əhval-ruhiyyəsi ABŞ Konqresinin Nümayəndələr Platasının sədri Nensi Pelosinin səfəri öncəsi də nəzərə çarpırdı. Rusiya əleyhinə aksiyalar keçirilir, şüarlar səsləndirilir, Putinin şəkli Pelosinin “mübarək” portreti ilə əvəzlənir, “ellikcə” haylara hay verən hayhayı getmiş Nensi nənənin pişvazına çıxırdılar. Sonrası nə oldu? Nensi nənə gəldi, ahıl vaxtında günahlarını və dərdlərini yada salıb yanağından bir neçə damcı yaş axıtdı və getdi. Beləliklə, Yael Bron-Pive xala da gələcək, bir hovur ağlayacaq, fransızsayağı təbəssümlə ümid və təsəlli verib qayıdacaq Parisə.
Ermənilərə görə, Yael Bron-Pive ilə Nensi Pelosinin arasında “mistik” bir bağlılıq da var. Bron-Pivenin doğulduğu şəhərin və Pelosi nənənin adı ingilis dilində eyni yazılır – “Nansy”. İndi ermənilər, niyəsini bilmirəm, bu iki “Nansy” arasında bağlılıq axtararaq, “qafiyə tutur”, Gümrüdə ruslara qarşı aksiya keçirir, öz qafalarına görə “manevr” edirlər.
Amma yenə də anlaya bilmirlər ki, Peolosinin göz yaşlarında “duza qoyduqları” ümidlərini ən yaxşı halda Bron-PİVE ilə “yeyəcəklər”.
Son təsəlliləri də yəqin belə olacaq: “Pis deyil, Pive ilə gedər...”