“Çin ABŞ şirkətləri üçün bazarını daha da açacaq”
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
17:43 | 10 noyabr 2016 | Cümə axşamı
Məqaləyə 1280 dəfə baxılıb
Şriftin ölçüsü
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
İrandan Avropa ölkələrinə xəbərdarlıq
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
ATƏT ABŞ-da keçirilən seçkiləri tənqid edib.
Çox əcəb. Amma nə üçün indi? ATƏT-in başbilənləri hansı səbəblərdən seçkilərin nəticəsi bəlli olduqdan sonra tənqid haqqında düşünmək qərarına gəliblər?
ATƏT-in bəyanatında yer alan ittihamların böyük əksəriyyəti ABŞ-da keçirilən prezident seçkilərindən daha çox bu ölkənin seçki sistemi ilə bağlıdır. Yəni bu ittihamlar daha öncə keçirilən seçkilərdə, ümumiyyətlə seçki və demokratiya mövzusunda aparılan bütün müzakirələrdə, beynəlxalq təşkilatların tribunalarından səsləndirilməliydi, ABŞ beynəlxalq ictimaiyyətin qınaq obyektinə çevrilməliydi...
ATƏT-in bəyanatındakı bəzi məqamlara diqqət yetirək:
ATƏT missiyası iddia edir ki, ABŞ-da mövcud olan qaydalar prezident postu uğrunda mübarizə aparmaq üçün kiçik partiya nümayəndələri və müstəqil namizədlərə çətinlik yaradır.
ATƏT-in indi xatırladığı problem haqqında illərdir ki, danışılır. O cümlədən azərbaycanlı ekspertlər də ABŞ-ın siyasi və seçki sisteminin nə qədər qüsurlu olduğunu dəfələrlə dilə gətiriblər. ATƏT isə susub, əksinə öz gözündə «tir»i görməyən Vaşinqtonun başqa ölkələrin seçki sistemində «qıl» axtarışına dəstək verib. ABŞ-a feodal dövründən qalma seçki sistemi ilə bağlı heç bir xatırlatma edilməyib. «Sən öncə özünə bax» deyilməyib.
ATƏT-in bəyanatında qeyd olunur ki, ABŞ-da səsvermə hüququna malik olan 35 milyon seçici seçkilərdə iştirak etmək üçün qeydiyyata alınmayıb. Əgər alınsaydı, nəticə fərqli ola bilərdi...
ATƏT-in bəyanatındakı bu və digər məqamlardan belə aydın olur ki, demokrat Barak Obamanın administrasiyası öz namizədlərinin – Hillari Klintonun seçkilərdə qalib gəlməsinə bilərəkdən mane olub... Əcəb məntiqdir...
Maraqlıdır, görəsən seçkilərdə Hillari Klinton qalib gəlsəydi, ATƏT eyni ittihamlarla çıxış edəcəkdimi? Əlbəttə ki, yox! ATƏT-in bəyanatı seçkilərin nəticələrindən narahatlıq keçirən Avropa liderlərinin ovqatını əks etdirir. Yəni ortalıqda yenə hüquqi yanaşma deyil, siyasi mövqe və korporativ maraqlar var.
Daha sadə desək, bir simasız digər simasızı simasızlıqda ittiham edir...