Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
16:54 | 18 noyabr 2022 | Cümə
Məqaləyə 796 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ruben Vardanyanın adı Azərbaycan oxucusuna yaxşı tanışdır. İllər öncə hazırda azadlığına qovuşmuş Azərbaycan torpaqlarına Livandan və Beyrutdan köçürülən ermənilər üçün inşa edilən evlərin tikintisini maliyyələşdirməklə gündəmə gəlmişdi. İndisə Moskvanın emissarı statusunda Rusiya sülhməramlılarının müvəqqəti müşahidə sonasına daxil olan Azərbaycan ərazilərində məskunlaşıb və özünü etnik ermənilərin təmsilçisi kimi rəsmi Bakıya sırımağa cəhd göstərir.
Əslində müxtəlif gəlişigözəl epitetlər arxasında gizlənən Ruben Vardanyan kimdir?
Vardanyanın 90-cı illərdə ələ keçirdiyi və 2012-ci ildə “Sberbank”a ötürdüyü “Troyka Dialoq” investisiya bankı Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin hesabatlarında, həmçinin “The Guardian”, “Suddeutsche Zeitung” və digər nəşrlərin araşdırmalarında çirkli pulların yuyulduğu “camaşırxana” adlandırılır. Bunun isə, çoxsaylı səbəbləri var. Rubenin “camaşırxana”sı fəaliyyətdə olduğu zaman kəsiyində təkcə London və Nyu-York şəhərlərində deyil, həmçinin Panama, Vircin adaları və digər offşor zonalarında törəmə müəssisələr açaraq çirkli pulların yuyulmasıyla məşğul olub. Bu offşor şirkələri vasitəsilə, Rusiyada hər kəsin yaxşı tanıdığı, Kremlin himayəsi altında olan Sergey Rolduqinin hesabına bir neçə il ərzində 4,5 milyard ABŞ dolları vəsait köçürüb, daha doğrusu, “yuyularaq” geri qaytarılıb.
Vardanyanın offşor şirkətlərinin adı Litvada, Ukio Bankla bağlı aparılan istintaq materiallarında da özünü büruzə verib. Araşdırmalar zamanı bəlli olub ki, Ukio Bankda Vardanyanın “Troyka”sı ilə bağlı olan ən azı 30 şirkətə xidmət göstərilib və bu şirkətlərin adından yazışmaları isə “Troyka Dialoq” investisiya bankının əməkdaşları aparıblar. Bu yazışmaların nəticəsi olaraq, “Troyka” ilə bağlı olan şirkətlərin hesabından Ruben Vardanyanın və yaxınlarının bank kartlarına və hesablarına böyük məbləğlərdə vəsaitlər köçürülüb.
İstintaqın nəticəsində 2013-cü ildə Litvanın ən böyük 5 bankından biri olan Ukio Bankın lisenziyası geri alınıb, bankın sahibi Vladimir Romanov isə dələduzluqda və Rusiyadan göndərilən çirkli pulların yuyulmasında ittiham olunub. Romanov dostlarının vasitəsilə Litvadan qaçmağa və 2017-ci ildə Rusiyada “siyası sığınacaq” almağa nail olub.
Ayrı-ayrı banklarla bağlı aparılan araşdırmalarda əldə olunan məlumatlara görə, “Troyka” təkcə Litvada bir-biri ilə bağlı olan 76 offşor firması yaradıb. Onların bir hissəsi, yuxarlda qeyd etdiyim kimi, təxminən 30 firma Ukio Bankda Ermənistandan mövsümi iş üçün gələn şəxslərin adına hesablar açıb. Jurnalistlər həmin şəxsləri tapıblar və onlarla söhbətdən aydın olub ki, “hesablarından” on milyonlarla dollar keçən bu şəxslər olduqca acınacaqlı vəziyyətdə yaşayırlar və ümumiyyətlə, heç nədən xəbərləri yoxdur. Yəni özünü az qala “ermənilərin xilaskarı”, “yardımsevər”, “mesenat” kimi təqdim edən Vardanyan, əslində postsovet ölkələrinə çörək pulu arxasınca gələn həmvətənlərini də aldadıb və onları öz dələduz əməllərinin girovuna çevirib.
Rəxminən 20 il ərzində “Troyka”nın az qala bütün dünyaya yayılmış offşor şəbəkəsinə Rusiyanın müxtəlif strukturlarından və şirkətlərindən milyardlarla vəsait daxil olub və “yuyularaq” çıxarılıb. Bu struktur və şirkətlərin bir hissəsinin adı isə Rusiyada və digər ölkələrdə açılan cinayət işlərində keçir.
Məsələn, məşhur “Maqnitski işi”nin istintaqı zamanı bəlli olub ki, adı cinayət materiallarında keçən şirkətlərin bir qismi “Troyka”nın offşor hesablarına 130 milyon dollar vəsait köçürüblər.
Bununla yanaşı, “Şeremetovo” hava limanı ilə bağlı işin araşdırmaları zamanı da dövlətdən oğurlanan 27 milyon ABŞ dollarının Vardanyanın “camaşırxana”larına köçürüldüyü aşkarlanıb. Vəsaitlər müxtəlif xarici şirkələr vasitəsilə köçürülüb. Onlardan birinin, Avstriyada yerləşən Schulhof Investigation GMBH şirkətinin sahibi Erix Rebasso 2008-ci ildə, Vyanadkı polis bölməsində verdiyi izahatda Rusiyadan olan cinayətkar qrupla işbirliyində olduğunu etiraf edib. 2012-ci ildə Rebbasso ofisindən oğulanaraq qətlə yetirilib və onun qətlində Rusiyanın Kirov şəhərindən olan iki sabiq polis əməkdaşı günahkar bilinib.
2008-2009-cu illərdə Vardanyanın offşor hesablarına, sonradan adları Moskva baş polis idarəsində sığorta şirkələri ilə bağlı aparılıan istintaqda adı keçən firmalar tərəfindən 17,5 milyon dollar vəsait köçürülüb. Sığorta şirkətləri “Troyka”ya bağlı olan offşor firmalarla saxta müqavilələr bağlayaraq, vergidən yayındırdıqları vəsitləri Vardanyanın “camaşırxana”larında “yuyublar”...
Bu qədər...
Ruben Vardanyanın və onun “camarşırxana”larının adının keçdiyi istintaq materiallarının, cinayət işlərinin, məhkəmə istintaqlarının sayı o qədər çoxdur ki, saatlarla yazmaq və danışmaq olar. Amma düşünürəm ki, buna xüsusi ehtiyac yoxdur. Çünki buraya qədər təqdim etdiyim faktlar Ruben Vardanyanın oğru və dələduz olduğu qənaətinə gəlmək üçün yetərlidir. Onu da qeyd edim ki, oğurladığı pulları Vardanyan təkbaşına “yeməyib”, hansısa yüksək rütbəli məmura İspaniyada villa alıb, bəzi qubernatorların övladlarının təhsil haqqını ödəyib və s.
İndi bu oğrunu, dələduzu Azərbaycan ərazilərinə göndəriblər ki, “sülhməramlı”ların “camaşırxana”sında onun özünü “yuyub-təmizləsinlər” və növbəti istifadəyə hazırlasınlar. Amma bu niyyət də bircə cümləlik xəbərdarlıqla sonunu sonunu buldu...