Tokio ilk dəfə Bakıdan neft aldı
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
14:18 | 2 oktyabr 2022 | Bazar
Məqaləyə 1776 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Həbs edilən cinayətkarların əmlakı müsadirə olundu
Prezident İlham Əliyevin Bolqarıstana səfəri çərçivəsində Azərbaycanın Avropanın enerji təchizatındakı mühüm rolu, həmçinin ölkəmizin öhdəliklərinə sadiq qalması, məsuliyyətli və prinsipial davranışları ilə bağlı verilən mesajlar, Avropa İttifaqına üzv olan bəzi ölkələrin, xüsusilə də Fransanın Cənubi Qafqazda sərgilədiyi destruktiv siyasətin fonunda rəsmi Bakının məharətli diplomatik gedişi kimi də qiymətləndirə bilər. Səfər, eyni zamanda Azərbaycanla Aİ-yə üzv olan bəzi iddialı dövlətlərin təmsil olunduqları ittifaq çərçivəsində belə öz öhdəliklərinə və prinsiplərinə nə dərəcədə sadiq qaldıqlarını müqayisə etmək üçün də geniş imkanlar yaradır.
Azərbaycan Avropa İttifaqına üzv olan bir sıra dövlətlərlə, o cümlədən Latviya, Litva, Rumıniya, Xorvatiya, İtaliya, Macarıstan, Bolqarıstan, Çexiya və Polşa ilə strateji tərəfdaşlıq münasibətlərindədir. Ölkəmizin nəinki Aİ üzvü olmadığını, həmçinin ittifaqla assosiativ saziş belə imzalamadığını, eləcə də enerji təhlükəsizliyi amilinin müasir dünyada dövlətlərin təhlükəsizliyi üçün ən mühüm faktora çevrildiyini nəzərə alsaq, Azərbaycanın Avropa İttifaqının nəinki enerji, bütövlükdə təhlükəsizliyinə Fransadan dəfələrlə çox töhfə verdiyini söyləyə bilərik.
Fransa, Almaniya və digər bu kimi iddialı ölkələr peyvənd millətçiliyi müstəvisində necə davranırdılarsa, enerji təhlükəsizliyi məsələsində də eyni yanaşmanı sərgiləyirlər. Aİ çərçivəsində Şərqi Avropa ölkələrinə münasibətdə sərgilənən ikili münasibət özünü enerji təchizatı və təhlükəsizliyi məsələsində də büruzə verir.
Serbiya Aİ-yə üzv olmasa da, qənaətimə görə, bu ölkənin dövlət başçısının Azərbaycan Prezidentinin enerji dəhlizləri və ötürücülərinin şaxələndirilməsindəki rolu barədə söylədikləri özündə çox şeyi, həmçinin hədəf liderin xarakterik keyfiyyətlərini ifadə edir. Sitat: “İlham Əliyev olmasaydı, bizim üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı”.
Prezidentin səfəri çərçivəsində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasiminin keçirilməsi də, qənaətimə görə, həm də mühüm geosiyasi və geoiqtisadi hadisədir. Məlum olduğu kimi, sözügedən interkonnektor Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verməklə yanaşı qitənin enerji təhlükəsizliyinə də böyük fayda verəcək. Bu isə, şübhəsiz ki, ölkəmizin mövqelərinin, təsir imkanlarının daha genişlənməsinə zəmin yaradacaq.