Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
17:59 | 22 mart 2025 | Şənbə
Məqaləyə 600 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Türkiyə ilə Ermənistan arasındakı “'Marğara” sərhəd-keçid məntəqəsinin Paşinyan hökumətinin müraciətinə əsasən, Suriyaya humanitar yardım göndərilməsi məqsədilə 21-31 mart tarixlərində müvəqqəti olaraq açıldığı barədə xəbər bir neçə gündür ki, həmvətənlərimizin diqqət mərkəzindədir və belə xəbərlərin Ermənistan mediası tərəfindən rəsmi İrəvana istinadən tirajlanması, haqlı olaraq, həmvətənlərimizin narahatlığına səbəb olub.
Türkiyə tərəfi hələlik bu xəbəri nə təsdiq, nə də təkzib edib. Yalnız nə zamansa Azərbaycanın media sektoru ilə bağlı olan qeyri-rəsmi şəxslər “diplomatik mənbələrdən əldə etdikləri məlumatları” paylaşır və sərhəd-keçid məntəqəsinin humanitar məqsədlə, müvəqqəti olaraq, açıldığını bildirirlər.
Sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı yayılan xəbər isə bir sıra izahı tələb olunan sualların ortaya çıxmasına zəmin yaradır:
1. Ermənistan Suriyaya nə qədər humanitar yük göndərir ki, bunun üçün sərhəd-keçid məntəqəsinin 10 gün müddətinə açılmasına ehtiyac duyulub? Ermənistan Suriyaya uzaqbaşı 5-10 maşın humanitar yük göndərə bilər ki, bunun üçün isə bir neçə saat yetərlidir.
2. Nə üçün sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı xəbəri Ermənistan yayır və rəsmi Ankara, hətta Xarici İşlər Nazirliyinin sözçüsü səviyyəsində olsa da belə, bu məsələyə münasibət bildirməyə, təsdiq və ya təkzib etməyə lüzum görmür və faktın Azərbaycan üçün nə qədər həssas olduğunu nəzərə almır?
3. Xəbərin, “diplomatik mənbələrlə” istinadən rəsmi status daşımayan şəxslər tərəfindən “təsdiqlənməsi”nin, bütövlükdə isə Azərbaycanın ictimai rəyinə bu qədər qeyri-ciddi münasibətin səbəbi nədir?
Türkiyə qardaşımızdır və qardaş ölkədən gözləntimizin olması da təbii qəbul olunmalıdır. Düşünürəm ki, mövzu ətrafında spekulyasiyalara yol açmamaq üçün baş verənlərə aydınlıq gətirə biləcək rəsmi izahatın verilməsi zəruridir.