Qazaxıstan sağ göstərib sol vurdu
Kremlə gözlənilməz zərbə
08:33 | 8 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 260 dəfə baxılıb
Şriftin ölçüsü
Kremlə gözlənilməz zərbə
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Rusiya Federasiyası Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsini vurduğuna görə üzr istəməkdikcə dəhşətli bir faktı etiraf etmiş olur: Təyyarəni bilərəkdən vurub! Niyə belə düşünürəm? Ona görə ki, üzrü adətən qəsdən etmədiyin bir hərəkətə görə istəyirsən. Təsadüfən çiyninlə kiməsə toxunursan, ayağını tapdayırsan, kiminsə üstünə nəsə dağıdırsan və s. – bax bu qəbildən nəsə baş verəndə “bağışla!”, deyirsən, üzr istəyirsən. Bilmədən etmisən, səhv etmisən! Özündə olmamısan! Fikirli olmusan! Amma üzr istəmirsənsə, deməli qəsdin əvvəldən bu olub. Bunu etmək istəmisən! Beləliklə: Rusiya üzr istəmir: deməli Azərbaycanın təyyarəsini (özü də sərnişin təyyarəsini!) qəsdən vurub! Hansı məqsədlə? Yəqin dövlət suverenliyini tam təmin, ərazi bütövlüyünü bərpa etmiş Azərbaycanın, milli qürurunun ən uca məqamında qərar tutmuş qalib azərbaycanlının ruhunu qırmaq, gözünü qorxutmaq məqsədilə!? Yəqin uzun illər, arxasında dayandığı, ayaqda saxladığı ənənəvi dostunun, Qafqazda darğa kimi saxladığı Ermənistanın aşkar hərbi, siyasi, mənəvi kapitulyasiyasının ardınca indi də bütün dünyada lobbili-mobbili, diasporlu-miasporlu məğlubiyyətini qəbul edə bilmir?! Ermənistan barışsa da, Rusiya barışa bilmir!?! Yeni reallıqla, özünün yeni vəziyyəti ilə barışa bilmir!
Ona görə üzr istəmir! Təyyarəni vuran hərbçiləri cəzalandırmır, ona görə ki, özü əmr edib! Öldürülənlərə təzminat vermir, ona görə ki, öldürənlərə mükafat verib! Üzr istənilmədikcə daha aydın görünür ki, Rusiyanın hədəfi mülki Azərbaycandır: Ukraynada SOCAR-ı vuranda da.
Rusiyanın hədəfi mülki azərbaycanlıdır:
Yekaterinburqda, Voronejdə, Piterdə də.
Bütün Rusiya boyunca. Soydaşlarımızın həbsi əslində həbs deyil, girov götürməkdir. Texnologiya terrorçulara xasdır. Mahiyyət eynidir: girov götürüb pul tələb edir! Amma burda da fərq var: Kriminal Rusiya pulu alandan sonra da girovunu azad etmir! Bu isə yalnız Rusiyaya məxsus eksklüzivdir.
Moskva Bakıya-Qafqaza BRİCS-də əngəl olur.
Moskva Bakıya-Qafqaza ŞƏT-də əngəl olur. Baxmayaraq ki, bu yolla özünə də atəş açır. Çünki Qafqazda Rusiya da var.
Amma Azərbaycandan öyrənə də bilərdi. Təkcə 2020-ci ildə baş vermiş təyyarə hadisəsində Bakının davranışından yox. Başqa nümunələr də var. Bakı elə bu günlərdə hələ də- (çünki sülh sazişi imzalnmayıb), rəsmən düşmən sayılan ölkənin Baş nazirinin təyyarəsinin Azərbaycanın hava məkanı üzərindən xaricə uçuşuna təminat verdi. N. Paşinyan uçdu və eyni yolla da geri qayıtdı.
Bəs Rusiya?…
… Rusiya Bakı-Qroznı təyyarəsini vurmaqla artıq öz beynəlxalq etibarının da bortunu dəlik-deşik edib. İndi daha fərq etməz, səmada istənilən təyyarədəki (məsələn, bu günlərdə Ursula Von der Leyen uçan təyyarədə də problem yaranmışdı) nasazlığın səbəbini dünya Moskvada axtarır. Və axtaracaq! Nə qədər ki, Moskva Bakı-Qroznı reysində öldürülənlərin qatilini və ya kollektiv qatilini cəzalandırmayıb!
Nə qədər ki, Rusiya faciəyə görə xalaxətrin qalmasın yox, törətdiyi dəhşətli əmələ görə bütün məsuliyyətilə üzr istəməyib! Nə qədər ki, kompensasiya ödəməyib!!!
Bunlar baş vermədikcə, Bakı-Qroznı təyyarəsi qətlə yetirilmiş sayılacaq! Rusiya üzr istəmədikcə, qatili (qatilləri!) cəzalandırmadıqca, özü qatil olacaq!