
44 günlük müharibənin 4 nəticəsi var
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi nə 1918-20-ci, nə də 90-cı illərdir
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Hindistan-İran-Ermənistan yaxınlaşması
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistan sülh yolunu tutsa da, Hindistan Azərbaycandan əl çəkmək istəmir...
Ermənistan baş naziri 3 ölkə ilə diplomatik münasibətlərə can atır
Paşinyan: “Eyni anda həm iki quruma üzvlüyün mümkün olmadığını bilirik”
... və ya “dil pəhləvan”ın yeni macəraları
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Ermənistan isə İranı “Tramp Yolu”na döndərməyə çalışır
Ermənistan baş naziri dövlətinin 200 illik doktrinasından imtina edə biləcəkmi?
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
Prezident İlham Əliyevin aforizmə çevrilən ifadəsi – ...
Sənəddə erməni xalqının günahı mütləq qeyd olunmalıdır...
Uzun müddət əsəb müharibəsini davam etdirməyə, ictimai rəyə guya müqavimət göstərmək imkanında olduğunu sərgiləməyə çalışan rəsmi İrəvan yenə ənənəvi ritorikasını dəyişmək məcburiyyətində qalıb. Baş nazir Nikol Paşinyanın ölkəsinin müstəqilliyi haqqında bəyannamənin qəbul edilməsinin ildönümü ilə bağlı təbrik müraciətində yer alan etiraflarından sonra, onun müavini Mqer Qriqoryan da dilə gəlib və “sərhədlərin demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyanın nümayəndələrinin avqust ayında, yəni yaxın günlərdə Moskvada bir araya gələcəyini bildirib.
Öncə Nikol Paşinyanın müraciətində yer alan və diqqətimi çəkən məqamlara toxunmaq istəyirəm. Nikol deyir, yaxud yazır ki, “müstəqillik qonşularla münasibətlərin tənzimlənməsidir. Baxmayaraq ki, bəzi qonşularımızla əla münasibətlərimiz var, bəziləriylə isə nəzərə çarpan irəliləyiş yoxdur. Ona görə ki, onlar bizdən həddən artıq çox şey istəyirlər, yaxud elə hesab edirlər ki, biz çox şey istəyirik”. Daha sonra Paşinyan Bibliya əfsanəsindən misal gətirərək, hazırda asılı vəziyyətdə olduqlarını etiraf edir və bildirir ki, “əgər müstəqil olsaq müstəqilliyimiz də olacaq”. Nikolun müraciətindən iqtibas gətirdiyim fikirləri ardıcıllığa uyğun olaraq, ümumiləşdirsək, qənaətimə görə, onun Ermənistan cəmiyyətinə vermək istədiyi mesajlar aşagıdakılardan ibarətdir:
1. Ermənistan qonşularla münasibətlərini tənzimləyə bilmədiyinə görə müstəqil deyil və bu vəziyyət davam edəcəyi təqdirdə, heç zaman müstəqil olmayacaq.
2. Nikolun “qonşular bizdən çox şey istəyir” sözləri çox güman ki, “qonşulara elə gəlir ki, biz çox şey istəyirik” fikirlərinin həzm etdirilməsinə xidmət edir. Və bu o deməkdir ki, qonşuları, indiki şəraitdə Azərbaycan və Türkiyəni ermənilərin çox şey istəmədiyinə əmin etmədən münasibətlər tənzimlənməyəcək və təbii ki, Paşinyanın daha öncə nümunə gətirdiyim tezisində qeyd olunduğu kimi Ermənistan da müstəqil olmayacaq.
3. Nikol Paşinyanın “əgər müstəqil olsaq, müstəqilliyimiz də olacaq” tezisi isə, bir neçə başlıdır. Çünki həm Ermənistanın uzun illərdən bəri yürüdülən siyasət nəticəsində situasiyanın girovuna çevrildiyini ifadə edir, həm də çox güman ki, Rusiyanı hədəfə alır. Paşinyanın müraciətində “müttəfiqlik”lə bağlı ifadə olunan məqamlar da dolayısıyla bu “hədəfə” işarə edir. Beləliklə, Nikol müraciətində yazır: “Müstəqillik bizim üçün həm də möhkəm müttəfiqlik münasibətləridir. Amma müttəfiqlər həmişə yalnız bizim üçün müttəfiq olmurlar, bizə qarşı olanlarla da müttəfiqlik edirlər”.
Göründüyü kimi Ermənistanın baş naziri Rusiyanın həm də Azərbaycanla müttəfiqlik, Türkiyə ilə tərəfdaşlıq münasibətlərinə diqqət çəkir. Demək istəyir ki, Ermənistanın mövcud reallıqları qəbul etməkdən, qonşularla münasibətləri tənzimləməkdən, iddialarından əl çəkməkdən başqa yolu yoxdur. Yəni Ermənistanın müstəqilliyi hazırda kənar faktorlardan asılıdır.
Rəsmi İrəvanın “Zəngəzur dəhlizi” ilə bağlı praktiki addımlar sərgilədiyini nümayiş etdirən bəzi faktları və Mqer Qriqoryanın sərhədlərin demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyanın nümayəndələrinin gözlənilən görüşü ilə bağlı açıqlamasını da nəzərə alsaq, Nikolu Paşinyanın müstəqillik bəyannaməsinin 32-ci illiyi ilə bağlı müraciətini psixoloji kapitulyasiya aktı kimi də qəbul etmək olar. Yəni “müstəqillik bəyannamə qəbul etməklə olmur, ay ermənilər”. Bəyannamənizin isə... sıxıb “suyunu işə bilərsiniz...