Tokio ilk dəfə Bakıdan neft aldı
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
18:11 | 8 fevral 2025 | Şənbə
Məqaləyə 480 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Simonyanın açıqlamaları diplomatik qalmaqala səbəb oldu
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Azərbaycan ətrafında formalaşan iddiaların arxasındakı lobbi kölgəsi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Həbs edilən cinayətkarların əmlakı müsadirə olundu
Rusiyada, hələ sovet dönəmində dillər əzbəri olan və tez-tez təkrarlanan bir deyim var: “Hər kəs öz pozğunluğunun ölçüsünə görə mühakimə edir”. Rusiyada, konkret vəziyyətə uyğun olaraq, bütün digər məsələlərdə olduğu kimi, bu deyimi də interpretasiya edə bilirlər. Eyni ifadənin fərqli şəkildə və yozumda təqdim olunması, təəssüf ki, müasir Rusiya cəmiyyətinin bir qismi üçün adi, sıradanbir hadisədir, bəlkə də həyat tərzidir.
Mətləbdən çox uzaqlaşmayaq. Deməli, Rusiya Dövlət Dumasının deputatı Nikolay Valuyev, vaxtilə başına dəyən zərbələrin özünü tez-tez büruzə verən təsiri altında təklif edib ki, Azərbaycan diaspor təşkilatları qapadılsın, bu ölkədə qanuni yaşayan azərbaycanlılar hərbi uçota götürülsün və cəbhəyə göndərilsin, qanunsuz yaşayanlar isə ölkədən çıxarılsınlar. Əslində, sadəcə bu hikkəli təkliflər, Valuyevin ağlının və məntiqinin başının ölçüsündən xeyli kiçik olduğunu nümayiş etdirir. Öncə onu qeyd edim ki, Rusiyada Azərbaycan diaspor təşkilatları yoxdur. Rusiya azərbaycanlılarının bu ölkənin vətəndaşları kimi yaratdıqları və Rusiya qanunvericiliyinə uyğun olaraq, fəaliyyət göstərən milli-mədəni muxtariyyətləri var.
Rusiyada qanunsuz və yaxud qanuni əsaslarla yaşayan azərbaycanlılarla bağlı sabiq boksçunun təkliflərinə gəldikdə isə, şimal qonşumuzun ərazisində qanunsuz, qeydiyyatsız yaşamağın mümkünsüzlüyünü, qənaətimə görə, təkrarlamağa heç bir ehtiyac yoxdur. Rusiyada yaşayan azərbaycanlıların əhəmiyyətli hissəsi bu ölkənin vətəndaşlarıdırlar, bir qismi isə Rusiya qanunvericiliyinə uyğun olaraq, müvəqqəti iş və yaşayış icazəsinə sahibdirlər. Valuyevin ultramillətçi təkliflərindən belə anlaşılır ki, o Rusiya vətəndaşı olan azərbaycanlıların zorla cəbhəyə göndərilməsinə tərəfdardır. Nikolay Valuyev, çox güman ki, bu ucuz və bəsit mülahizələri ilə öz ölkəsi üçün ciddi siyasi səhvə yol verdiyini anlamır. Onun təklifindən belə anlaşılır ki, Rusiya vətəndaşları könüllü şəkildə cəbhəyə getmək istəmirlər və onları zorla döyüşə göndərmək lazımdır.
Valuyevin iddialarında yer alan daha bir ciddi siyasi səhv, azərbaycanlılara qarşı milli mənsubiyyətə görə nifrət zəminində ifadə olunan fikirlərdir. Bu isə faşizmin təzahürüdür. Bildiyim qədər, Rusiya faşizmə qarşı mübarizə apardığını iddia edir və bu ölkədə aparılan təbliğat məhz bu amilin üzərində qurulub. Maraqlıdır, görəsən Valuyev kimilərin aqressiv sərsəmləmələrində özünü büruzə verən faşizmlə faşizmə qarşı necə mübarizə aparmaq olar? Xahiş edirəm, heç kim mənə Fyodr Tyutçevin şeirindəki məşhur misranı xatırlatmasın. Çünki insana dərk etmək üçün ağıldan başqa heç nə verilməyib. Ola bilsin ki, Valuyev hər şeyi başqa bir bədən üzvü ilə dərk edir... Bu isə onun və Rusiya tibb elminin problemidir. O ki, qaldı Valuyevin oğru jarqonunda ünvanımıza “şobla-vobla” deməsinə, düşünürəm ki, bu, sabiq boksçunun yaşadığı həyatın ədəbi dillə ifadə oluna bilməyən mənzərəsidir.