Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
19:01 | 14 fevral 2025 | Cümə
Məqaləyə 511 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Şimali Koreya ABŞ və Cənubi Koreyanın hərbi əməkdaşlığına sərt reaksiya verib. Rəsmi Pxenyan Vaşinqton və Seul arasındakı müdafiə sahəsində əməkdaşlığı “münaqişə addımı” kimi qiymətləndirib: “Birləşmiş Ştatlar da rəqibinin kim olduğuna və dünyada baş verən dəyişikliklərə diqqətlə baxmalı və başladığı odda yanmaq kimi ağılsız səhvə yol verməməlidir”.
Şimali Koreyanın rəsmi mətbuatında Cənubi Koreyada hərbi vəziyyət böhranına toxunan bəyanatda deyilir. Açıqlamada Cənubi Koreyanın müvəqqəti administrasiyasının prezident Yoon Suk Yeolun həbsindən sonra belə Şimali Koreyaya qarşı “əzici güclə cəzalandırmaq” və “onları ağır bədəl ödəməyə məcbur etmək” kimi bəyanatlar verdiyi vurğulanıb və əlavə edilib: “Siyasi xaosun dərinləşdiyi bir mühitdə Cənubi Koreyanın Şimali Koreyaya qarşı düşmənçilik isteriyası getdikcə daha aydın görünür. Daha ciddisi, qarşıdurma və ehtiyatsız bəyanatlarla birlikdə edilən silahlanma hərəkətləridir”.
***
Cənubi Koreyanın ABŞ ilə müdafiə sahəsində əməkdaşlığı davam etdirməsinə diqqət çəkən açıqlamada Seul rəhbərliyinin Pxenyana qarşı hücum imkanlarını artırmaq üçün ABŞ-dan helikopter almağı planlaşdırdığı bildirilib.
“Dövlət başçısı müttəhimə çevrilmiş, güc mübarizəsi içərisində olan və var olmaq üçün mübarizə aparan marionet Cənubi Koreya ordusunun Şimali Koreyanı hədəf alan münaqişə hərəkətlərinə israrla əl atması vacibdir. ABŞ-ın marionet Cənubi Koreya ordusunu ruhlandırmaq rolunu öz üzərinə götürdüyü gün kimi aydındır” deyilir.
***
ABŞ-ın Cənubi Koreyanın “ağası” olduğu iddia edilən açıqlamada, “ABŞ-ın xidmətçisi olan marionet qüvvələr, ağalarının tələblərini yerinə yetirməlidir”, – bəyanatda qeyd edilib.
Açıqlamada Şimali Koreyanın düşmənin ehtiyatsız hərəkətlərinə əsla məhəl qoymayacağı vurğulanaraq, “Dəyişməyən əzəli düşmənlərin ümidsiz qarşıdurma hərəkətləri Şimali Koreyanın müdafiə qabiliyyətini daha radikal şəkildə gücləndirmək mövqeyinin haqlı olduğunu göstərir”.