Atəşkəs nefti ucuzlaşdırdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
17:11 | 7 sentyabr 2024 | Şənbə
Məqaləyə 451 dəfə baxılıb
Şriftin ölçüsü
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
Qara qızıl dünənki ucuzlaşmada itirdiklərini qaytardı
Raket qurğuları və mina qayıqlarına zərbə endirilib
Elektrikli avtomobillərə tələbat artıb
İranın isə vaxtı daralır
“Qlobal neft ehtiyatları rekord sürətlə azalır”
Xameneyinin adından yayılan açıqlama təkzib edildi
İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Hüseyn Səlami ABŞ-ın keçmiş prezidenti Donald Trampın hakimiyyəti dövründə İran və İsrail arasında “gəmi müharibəsi” ilə bağlı maraqlı detalları açıqlayıb.
Mehr xəbər agentliyinin məlumatına görə, Selami, “SEPAH o zaman Tramp, sanksiyalar və Koronavirus problemlərinə görə çətin anlar yaşadı”, – deyib.
Salami bu gün səhər (sentyabrın 7-də) SEPAH-ın iqtisadi qolu olan Hatemu'l Enbiya qrupuna səfər edən İran prezidenti Məsud Pezeşkian ilə danışıb.
Selami, “Tramp və koronavirus günlərində çətin bir vəziyyətlə üzləşdik. Onlar İranın neft ixracına mane olmaq üçün Qırmızı dənizdə və Aralıq dənizində 14 gəmimizə hücum etdilər. Əvvəlcə bilmirdik ki, bizi kim vurub”, – deyib.
“Bir müddət sonra anladıq ki, gəmilərimizi vuran İsraildir. Bunu çox müəmmalı şəkildə etdilər. Beləliklə, biz onların 12 gəmisini vurduq. Beşinci gəmi vurulduqdan sonra İsrail, gəlin gəmilərin müharibəsini dayandıraq dedi”.
Səlami iddia edib ki, İran “daha sonra düşmənin açdığı bütün yolları bağlaya bilib və bu gün bütün xətlər İran bayrağı altında üzür və gəmilər tam təhlükəsizlik şəraitində keçir”.
Selami “gəmi müharibəsi” olaraq xarakterizə etdiyi hadisənin tarixini və İsrail gəmilərinə hücumların iran ordusu, yoxsa onun adından husilər tərəfindən həyata keçirildiyini açıqlamayıb.