Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Vİran olması uzaqda deyil
Qolu-qanadı kəsilən rejimin başını da itirməsinə sayılı günlər qalıb
-
Ermənistan mədənləri tullantı suları Araza axıdır
Pezeşkian ekoloji problemləri qabardır, rəsmi Tehran İrəvana “gözün üstə qaş var” demir
-
... Gülləkeçirməz jiletdə namaz qıldı
Xalqın qəzəbindən qorxan fars-molla rejimi lideri Xameneyi ...
-
İranda iki hakim öldürüldü
Daha iki nəfər yaralandığı atışmadan sonra sui-qəsdçi intihar edib
-
SEPAH Sistanda əməliyyat keçirib
Fars-molla rejimi 20-yə yaxın etnik bəluçu həbs edib
-
“Pəxşan Əzizinin işi təzyiqlərin göstəricisidir”
BMT nümayəndəsi İrandakı qadın fəallara qarşı münasibəti kəskin tənqid edib
-
Daha bir Avropa şirkəti İrandan gedir
Qida sənayesindən sonra onlayn satış şirkəti ölkəni tərk edir
-
Xartiya, yoxsa müqavilə?
(Blinken və Mirzoyanın imzaladığı sənədə dair bəzi dəqiqləşdirmələr)
-
Blinken son erməni mərkəzli addımı
ABŞ-Ermənistan strateji tərəfdaşlığı barədə...
-
Ermənistan-ABŞ müqaviləsi Rusiyanı əsəbləşdirib
Ermənilərin təhlükəsizliyinə tək bir ölkə zəmanət verə bilər
-
Pezeşkian NBC-yə müsahibə verib
İran prezidenti Donald Trampa sui-qəsd cəhdlərini təkzib edib
-
Trampın gəlişinin təsiri görünür
“İranın neft ixracı yaya qədər gündəlik bir milyon barrel azalacaq”
-
İranın ən böyük qorxusu ...
Rəsmi Bakı ən zəif dönəmlərdə belə Tehranın təhdidləri qarşısında hansısa güzəştə gedilməyib
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
“İranın üç konsulluğu bağlanıb”
Vətəndaşının edamı Almaniya hakimiyyətini hiddətləndirib
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
İranın xarici işlər naziri Abbas Araqçı rəsmi Tehranın Moskvanın Cənubi Qafqazda “Zəngəzor dəhlizi”ni təsdiq etməsinə etiraz olaraq Rusiya səfirini çağırmasından sonra sərhədlərin yenidən çəkilməsinin Tehran üçün “qırmızı xətt” olduğunu deyib.
“Regional sülh, təhlükəsizlik və sabitlik təkcə prioritet deyil, həm də İranın milli təhlükəsizliyinin əsas sütunlarından biridir. Qonşularımızın ərazi bütövlüyünə hər hansı təhdid və ya şimalda, cənubda, şərqdə və ya qərbdə sərhədlərin yenidən cızılması tamamilə qəbuledilməzdir və İran üçün qırmızı xətdir”, – deyə Araqçı bildirib.
Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov İranın Qafqaz regionunda geosiyasi dəyişikliklərin əleyhinə olduğuna dair zəmanət alıb.
Xarici işlər nazirinin müavini və Avrasiya departamentinin rəhbəri Mücteba Dəmircilu Rusiyanın Tehrandakı səfiri ilə görüşündə Qafqaz regionunda daimi sülhün təmin edilməsinin və milli suverenliyə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlara hörmət edilməsinin vacibliyini vurğulayıb. regional əməkdaşlığın təminatı.
Hər iki diplomat Qafqazda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıb, milli suverenliyə, ərazi bütövlüyünə və dövlətlərin ümumi maraqlarına hörmətlə yanaşıldığını və bunun davamlı sülhün və regional əməkdaşlığın qarantı olduğunu qeyd ediblər. Bu barədə İRNA agentliyi məlumat yayıb.
İranın etirazı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinin müddəalarının, xüsusilə də Azərbaycan ərazisini təcrid olunmuş Naxçıvan vilayəti ilə birləşdirən “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı müddəaların aktivləşdirilməsinə çağıran bəyanatlarla əlaqəli olub.
İranlı siyasətçi və keçmiş millət vəkili Əli Mütəhəri Məsud Pezeşkiyanın başçılıq etdiyi yeni hökuməti Zəngəzur dəhlizinin açılması ilə bağlı həssas davranmağa çağıraraq, “Rusiya heç vaxt İranın maraqlarını düşünməyib, xüsusən də bu gün Ukrayna məsələsi ilə məşğuldur. Bu dəhliz İran və Ermənistan üzərindən Avropaya gedən yolu bağlayacaq”.
***
Əslən Azərbaycan türkü olan və hakimiyyətə gələn gündən qonşularla münasibətləri düzəltməyi prioritet məsələsi hesab edən Məsud Pezeşkianın bir nömrəli namizədi hesab elədiyi nazirinin bu sayıqlaması ya İran Prezidentin ciddi bir siyasətçi olmadığını göstərir, ya da Abbas Araqçı ölkə başçısının prioritetləri ilə tanış olarkən sərxoş olub, siyahını başıaşağı tutub. Yoxsa öz ambisiyaları ucbatından dörd tərəf qonşusu ilə problemləri olan ölkənin xarici siyasətinə cavabdeh olan bir nömrəli diplomatının bu bəyanatı normal düşüncənin məhsulu deyil.
Digər tərəfdən, Azərbaycanın 20 faiz torpağı 30 il işğalda qalarkən ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı adlandırdığı qırmızı xətt nədənsə Tehran rejiminin yadına düşməyib. Çünki işğalda qalan Qarabağ və ətraf rayonlar İranın narkotik plantasiyaları və qaçaqmalçılığı üçün boz zona olub. İndi rejim Ermənistan sərhədindən keçən yeganə tranziti də itirmək istəmir. Digər tərəfdən İranın qırmızı xətti himayəsinə aldığı və illərlə bəslədiyi terrorçunu evinə qonaq çağırıb Yaxın Şərqdə gərginlyin pik nöqtədə olduğu indiki vaxtda qoruya bilməməsilə yox oldu. Fars-molla rejiminin nəinki qırmızı xətti, dövlət kimi qüruru da “HƏMAS” lideri İsmayıl Haniyə ilə birlikdə məhv oldu. İran hələ o ləkəni üstündən təmizləsin, sonra qırmızı xətdən danışsın. Və əlbəttə əgər buna cürəti çatsa...