
Şimali Koreyanın ballistik raket sınağı
“100 km hündürlüyə qalxıb 800 km məsafə qət edib”
“100 km hündürlüyə qalxıb 800 km məsafə qət edib”
10 ölkədən birgə bəyanat
Asiya ölkəsində ölənlərin sayı yeni doğulanlardan iki dəfə çox olub
Nəhəng çuxur yük maşınını “udulmuşdu”
Hindistanda məktəb yeməklərində ilan tapıldı
Keyfiyyət üçün saatın çoxluğu yox, məzmun dəqiqliyi, metodika düzgünlüyü və müəllimin hazırlığı əsasdır
Dil, üslub hadisəsi var, amma nəsr hadisəsi yoxdur
Bununla vacib infrastruktur və ərazilər təbii fəlakətdən xilas olacaq
Avropa məktəblərində Süni intellektdən asılılıq artır
Döyüş gəmiləri üz-üzə gəldi
İslandiyada ən böyük ov şirkəti tələbatın azlığı səbəbindən ikinci ildir ova çıxmır
Avropa ölkəsində məktəb menyusunda köklü dəyişiklik
Yaponların bizə danışmadığı bir hekayə...
Gizli Android müqavilələri ortaya çıxdı
Əhalinin azalması sürətlənir
Duysburqda sağçı ekstremist təhdidi ilə bağlı həyəcanlı vəziyyət yaşanır
Orta məktəbli qızlardan biri “Sinəm tamamilə görünürdü və mən utandım” yazırdısa, digəri isə “Nəzarətdən əvvəl müəllimimiz “Üstünü və büstqalterini çıxart” dedi, yox deyə bilmədim”.
“The Guardian” qəzetinin əldə etdiyi məlumatlara görə, bu ifadələr 13 yaşlı yapon şagirdlərə məxsusdur.
Valideynlər Asiya ölkəsində 5-18 yaş arası oğlan və qızların bədəninin yuxarı hissəsindəki bütün paltarları çıxarmağı tələb edən sağlamlıq yoxlamalarına qarşı etiraz etməyə başlayıblar.
Valideynlər və hüquq müdafiəçiləri yeni tədris ilindən başlayaraq bu təcrübəyə son qoyulması üçün bir araya gəliblər. Onlar vurğulayıblar ki, bəzi məktəblərdə tibbi müayinələr heç kimi soyundurmadan aparılır.
Sorğulara görə əksər müəllimlər də çılpaq sağlamlıq yoxlaması praktikasına qarşıdırlar. Bu təcrübəyə şagirdlərin etirazı daha diqqəti çəkir. 12-16 yaşlı iştirakçıların 95,5 faizi paltarlarını çıxarmaqdan narahatdır.
Mütəxəssislər bu hadisənin uşaqlarda travmaya səbəb ola biləcəyini də iddia edirlər. Tibb işçilərindən də narazılara etirazlar var. Bir çox tibb işçisi uşaqların yaxşı müayinədən keçməsi üçün soyunmalı olduğunu vurğulayır.
Kobe Universiteti Xəstəxanasının yoluxucu xəstəliklər üzrə mütəxəssisi Kentaro İvata deyir: “Əksər həkimlər, xüsusən də yaşlılar mühafizəkardır və metodlarını dəyişmək istəmirlər”.
Təhsil Nazirliyi cari tədris ilindən əvvəl “Tələbələrin şəxsi həyatı və hissləri nəzərə alınmalı” desə də, qız və oğlanların ayrı-ayrı yerlərdə yoxlanılmasının vacibliyini bildirsə də, valideynlər bunlara əməl olunmadığını, daha dəqiq qaydalar qoyulmasının vacibliyini bildirirlər.