“İttihamlar təəccüblü idi”
“İdarə etdiyi platformada insanların törətdiyi cinayətlərə görə baş direktoru günahlandırmaq düzgün deyil”
ELŞAD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Rusiyanın hərbi sirləri təhlükədədir
“Telegram” sahibi istifadəçi məlumatlarını təhvil verməyə razılaşıb
-
“Hərbi sirlər oğurlana bilər”
“Telegram” rəhbərinin tutulması Rusiyanı təşvişə salıb
-
Durovun Fransa vətəndaşlığı qalmaqalı
Makron “Telegram” qurucusu barədə qərarını müdafiə edir
-
Durov Bakıda kimlərlə görüşüb?
“Telegram”dan Azərbaycanın maraqları üçün faydalanmaq doğru olardı
-
Fransa “Telegram”ın rəhbərini həbs edib
Şəxsi təyyarəsi ilə Azərbaycandan Parisə uçan Durov hava limanında saxlanılıb
-
“Telegram” sosial platformasının təsisçisi və baş direktoru (Chief Executive Officer – CEO) Pavel Durov Fransada saxlanıldıqdan sonra məhkəmə nəzarəti ilə sərbəst buraxılması ilə bağlı ilk dəfə sosial media hesabından açıqlama verib. Durov həbsindən və daha sonra məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılmasından danışıb.
Keçən ay Parisə gəldikdən sonra 4 gün polis tərəfindən sorğulandığını izah edən Durov, “Fransa səlahiyyətliləri “Telegram”dan cavab ala bilmədiklərinə görə başqalarının sosial platformada qeyri-qanuni istifadəsinə görə şəxsən məsuliyyət daşıya biləcəyimi söylədilər. Bu, bir neçə səbəbə görə təəccüblü idi”, – deyib
“Telegram”ın Avropa Birliyində (AB) rəsmi nümayəndəsi olduğuna diqqət çəkən Durov, AB-nin istəklərinə hər zaman cavab verdiklərini bildirib.
Fransa səlahiyyətlilərinin də onunla əlaqə qurmaq üçün bir çox variantları olduğunu bildirən Durov, “Ağıllı telefondan əvvəlki dövr qanunlarına əsaslanaraq platformada fərdlərin törətdiyi cinayətlərə görə CEO-nu ittiham etmək yanlış bir yanaşmadır”, – deyib.
Durov, texnologiya şirkət idarə etməyin hazırda asan bir proses olmadığını vurğulayaraq, “Heç bir innovator texnologiyadan sui-istifadəyə görə şəxsən məsuliyyət daşıyacağını bilərək yeni sistem qura bilməz”, – deyib.
Rusiya və İranın daha əvvəl “Telegram”dan şifrələmə açarları tələb etdiyini bildirən Durov, imtina etdikləri üçün “Telegram”ın bu ölkələrdə onları qadağan etdiyini qeyd edib.
“Telegram” prinsiplərinə uyğun gəlməyən bazarları tərk etməyə hazır olduqlarına diqqət çəkən Durov, platformadan istifadə edənlərin sayının 950 milyon nəfərə çatdığını və bunun cinayətkarların sui-istifadəsini artırdığını bildirib.
“Ümid edirəm ki, avqust hadisələri “Telegramı” və bütövlükdə sosial şəbəkə sənayesini daha təhlükəsiz və güclü edəcək”, – Durov bildirib.
***
Durov avqustun 24-də Azərbaycan yola düşən və Parisin Burje hava limanına enən şəxsi təyyarəsində saxlanılıb. Bildirilib ki, Durov “Telegram”da qeyri-qanuni məzmuna daxil olduğu üçün saxlanılıb.
Paris Prokurorluğu, ona qarşı 12 fərqli ittiham irəli sürülən Durovun 96 saatlıq həbsdən sonra avqustun 28-də 5 milyon avro girov və məhkəmə nəzarəti şərti ilə azadlığa buraxıldığını açıqlayıb. Ona Fransa ərazisini tərk etmək məhkəmə tərəfindən qadağan edilib.