“Patriot” hədiyyə
Rumıniya Ukraynaya hava hücumundan müdafiə sistemi bağışladı
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
Rumıniya Ukraynaya “Patriot” raketdən müdafiə sistemi bağışlayacağını açıqlayıb. Rumıniya parlamentinin qəbul etdiyi qanun layihəsi Rumıniya prezidenti Klaus İohannisin təsdiqi ilə qüvvəyə minəcək və Rumıniya özünün iki “Patriot” müdafiə sistemindən birini Ukraynaya verəcək.
Rumıniyanın bu qərarı ilə Ukraynanın son dərəcə təsirli uzaq mənzilli müdafiə sisteminə sahib olacağı bildirilib.
Qərardan sonra sosial media hesabında paylaşım edən Ukrayna prezidenti Vladimir Zelenski Rumıniyaya minnətdarlığını bildirib və "Bu, hava məkanımızı, xalqımızı və infrastrukturumuzu Rusiyanın raket terrorizmindən qorumaq üçün son dərəcə böyük töhfədir”, – deyib.
“Bu cür hərəkətlər saysız-hesabsız insanların həyatını xilas edir və biz Rusiya terrorizminə qarşı güclü addımlar atmış tərəfdaşlarımıza minnətdarıq. Bu hava hücumundan müdafiə sistemi təkcə ölkəmizi qorumayacaq, həm də tərəfdaşlarımız və region üçün uzunmüddətli təhlükəsizliyi artıracaq”, – Zelenski deyib.
Bu arada, 2004-cü ildən NATO üzvü olan Rumıniya Ukrayna ilə 650 kilometrlik sərhədi bölüşür.