vaxtlı-vaxtında oxuyun! Cümə, 4 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
AMERİKA  
14:52 | 16 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 112 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Media imperiyasında taxt uğrunda mübarizə

Övladlarını kənarlaşdırmaq istəyir

CAVİD

Rupert Mördoka məxsus qlobal media nəhəngi “News Corp”da taxt uğrunda mübarizə məhkəməyə verilib.

“Fox News” və “Wall Street Journal”da böyük paya sahib olan ailə şirkətinin müqavilə şərtlərinin dəyişdirilməsi ilə bağlı 93 yaşlı Mördokun təşəbbüsü bütün dünyada yaxından izlənilir.

Məşhur televiziya serialı “Succession”a da ilham verən Mördok ailəsindəki taxt davası uzun müddətdir gündəmdədir. Mördok böyük oğlu Laçlan Mördokun ölümündən sonra media şirkətinə nəzarət etməsini istəyir.

Mördokun tələbi ilə bağlı qərar bu gün Nevada ştatında bağlı qapılar arxasında başlayan məhkəmədə veriləcək.

***

Mördokun ailə müəssisəsi 1999-cu ildə Rupert Mördok ikinci arvadı Anna ilə boşandığı zaman yaradılıb. Bu şirkətin razılaşmasına görə, Mördokun ölümündən sonra səs hüququnu təmin edən səhmlər onun dörd övladı olan Prudens, Elizabet, Lachlan və Ceyms arasında bölüşdürüləcək.

Bildirilir ki, Rupert Mördok mühafizəkar olan böyük oğlu Lachlan istisna olmaqla, daha üç siyasi cəhətdən mötədil övladını şirkət rəhbərliyindən uzaqlaşdırmaq məqsədi daşıyır.

Mütərəqqi qruplara verdiyi ianələrlə tanınan Ceyms Mördok redaksiya məsələlərində fikir ayrılıqlarına görə “News Corp”un direktorlar şurasından istefa verib.