
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Birləşmiş Millətlər Təşkilatı (BMT) Ukrayna ilə Rusiya arasında yenidən gündəmə gələn nüvə müharibəsi müzakirəsinə qarşı çıxıb və bunun narahatlıq doğurduğunu bildirib.
BMT-nin baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanı sülhə məcbur etmək üçün Qərb ölkələrinin istehsal etdiyi uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması lazım olduğunu deməsindən sonra başlayan nüvə silahı müzakirəsi ilə bağlı Dujarrik, “Düşünürəm ki, nüvə silahı mövzusunda artan müzakirələrin narahatlıq doğurur”, – deyib.
Düjarrik qeyd edib ki, bu müzakirə “Ukrayna-Rusiya münaqişəsi”nin beynəlxalq hüquq və BMT nizamnaməsi çərçivəsində inkişaf etmədiyinin başqa bir göstəricisidir.
Ukrayna-Rusiya müharibəsi xaricində belə dünyanın təhlükəli bir dövr yaşadığına dair bir çox işarələrin olduğunu bildirən Düjarrik, ölkələrin tərksilah və nüvə silahının istifadəsinin məhdudlaşdırılması ilə bağlı öhdəliklərinin artmalı olduğunu vurğulayıb.
“Baş katib həmişə açıq və ya özəl olaraq hər hansı səhv hesablama və ya gərginliyin münaqişəni daha da ölümcül edə biləcəyindən narahatlığını ifadə edib. Düşünürəm ki, bu təhdid dilinin istifadəsi səhv hesablama riskini artırır və nüvə silahı vəziyyətində, yanlış hesablama bizim ödəyə bilməyəcəyimiz nəticələr doğura bilər”, – deyib.
Ukrayna prezidenti Zelenski 20-ci Yalta Avropa Strategiya Toplantısındakı açılış nitqində deyib ki, Rusiya ilə davam edən müharibəyə son qoymaq və Rusiyanı sülh bağlamağa məcbur etmək üçün Qərb ölkələrinin istehsal etdiyi uzaqmənzilli silahların istifadəsinə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır.
Rusiyadakı hərbi hədəflərə qarşı sözügedən silahlardan istifadənin hələlik qadağan olduğunu xatırladan Zelenskinin bəyanatına cavab olaraq Rusiya rəsmiləri NATO-ya nüvə silahı olan ölkə müharibəyə girməmək barədə xəbərdarlıq ediblər.