
ABŞ nazirinin təyyarəsində qəzalı vəziyyət
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
NATO-dan qayıdan heyət İngiltərəyə fövqəladə eniş etdi
Müdafiə nazirinin xəbərdarlığı Avropa liderlərini həyəcanlandırıb
Rusiyada nə vaxtsa yumşalma mərhələsi başlayacaqmı?
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Ən böyük hərbi bazası üzərində PUA-lar görünüb
Almaniya Rusiyanın təhdidinə qarşı silahlanma yarışına girir
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
Vladimir Putin Ukraynanın Rusiya ərazisinə hücum etməsinə icazə verilməsinin NATO ölkələri, ABŞ və Avropa ölkələrinin Ukraynadakı müharibəyə qoşulması demək olacağını bildirərək, “bu halda bizə yönəldilən təhdidlərə uyğun lazımi qərarlar qəbul edəcəyik”.
Rusiya prezidenti Putin, bu sözləri 10-cu Sankt-Peterburq Beynəlxalq Birləşmiş Mədəniyyətlər Forumundan sonra “Rossiya-1” dövlət televiziya kanalına açıqlamasında deyib.
ABŞ və İngiltərədə gündəmə gətirilən uzaqmənzilli silahlarla Ukraynanın Rusiya ərazisinə hücum etməsinə icazə verilməsi məsələsi ilə bağlı sualı cavablandıran Putin deyib ki, bu məsələ ilə bağlı anlayışlar dəyişib.
Putin, “Kiyev administrasiyasının Rusiya ərazisinə hücumuna icazə vermək və ya qadağan etməkdən söhbət gedə bilməz. Ukrayna artıq bunu pilotsuz uçuş aparatları və digər alətlərlə edir. Ancaq yüksək dəqiqlikli uzaqmənzilli silahlardan istifadə fərqli vəziyyət yaradır”, – deyib.
Ukrayna ordusunun Qərb istehsalı olan müasir yüksək dəqiqlikli uzaq mənzilli sistemlərlə hücum etmək imkanının olmadığına diqqət çəkən Putin, “Bu, ancaq Ukraynanın sahib olmadığı peyklərdən əldə edilən kəşfiyyat məlumatlarının istifadəsi ilə mümkündür. Bunlar ya Avropa Birliyi (AB), ya da ümumiyyətlə NATO-dur. Başqa bir mühüm və əsas element odur ki, sözügedən raket sistemləri yalnız NATO ölkələrinin hərbi personalı tərəfindən idarə oluna bilər”, – deyib.
Putin Ukrayna administrasiyasının Rusiya ərazisinə hücuma icazə verməməsinin söz mövzusu olmadığını ifadə edərək, “Bu, NATO ölkələrinin münaqişədə birbaşa iştirak edib-etməyəcəyinə qərar verməklə bağlıdır. Bu qərarın qəbulu o demək olacaq ki, NATO ölkələri – ABŞ və Avropa ölkələri Ukraynadakı müharibədə iştirak edir. Bu, münaqişənin mahiyyətini əhəmiyyətli dərəcədə dəyişəcək və bizə qarşı təhdidlərə uyğun olaraq lazımi qərarları verəcəyik”, – deyib.