vaxtlı-vaxtında oxuyun! Cümə, 4 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
ASİYA  
16:54 | 13 sentyabr 2024 | Cümə Məqaləyə 99 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Beynəlxalq sular heç kimin ərazisi deyil”

Alman donanması Çinin etirazlarına baxamayaraq Tayvan boğazından keçəcək

CAVİD

Alman donanmasına aid iki gəminin Tayvan boğazından keçəcəyi bildirilib. Almaniyanın müdafiə naziri Boris Pistorius bu sözləri Berlində litvalı həmkarı Laurinas Kasciunas ilə keçirdiyi birgə mətbuat konfransında danışıb. Alman donanmasına aid iki gəminin Çinin etirazlarına baxmayaraq Tayvan boğazından keçəcəyini təsdiqləyən Pistorius, “Hər zaman müdafiə etdiyimiz və mənim də müdafiə etdiyim çox sadə bir şey var. Beynəlxalq sular hər kəs üçün açıqdır. Bu, hava şəraitini nəzərə alaraq ən qısa yoldur”, – deyib.

Digər tərəfdən mətbuat konfransından sonra Almaniya ilə Litva arasında müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalanıb.

Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Baden-Vürtemberq” və “Frankfurt am Main” əməliyyat qrupunun təchizat gəmisinin Cənubi Koreyadan Filippinə səyahət üçün Tayvan boğazından keçəcəyi gözlənilir.

Bu cür hadisə sonuncu dəfə 22 əvvəl baş vermişdi.

Çin Xarici İşlər Nazirliyi, mümkün gəmilərin Tayvan boğazından keçəcəyi ilə bağlı xəbərdarlıq edərək, “naviqasiya azadlığı” adı altında müvafiq dövlətlər tərəfindən ölkənin suverenliyi və təhlükəsizliyinə təhdid və təxribatları rədd etdiyini açıqlayıb.