
Qitələrarası nümayiş
Şimali Koreya motoru işə saldı
Şimali Koreya motoru işə saldı
Modern silahlar ilk dəfə təqdim edildi
zirehli qatarla ...
Ukrayna müharibəsində ölən Şimali Koreya əsgərlərinin sayı açıqlandı
Kim Çen In Putinə qoşularaq Çinə gedir
Şimali Koreyada saxta “Starbucks” və İKEA meydana gəlib
ABŞ və Şimali Koreya razılığa gəlib
Şimali Koreya sərhədində insident: “Əsgərlərimizə atəş açıldı”
Şimali Koreyanın sirr kimi saxladığı hərbi baza
Kim Çen In Rusiyada döyüşən əsgərlərlə görüşdü
Şimali Koreyalı keçmiş əsgərin son arzusu
Şimali Koreyalı hakerlərin məlumatları sızdırıldı
Rusiya Prezidenti Tramp ilə keçirəcəyi zirvə barədə məlumat verdi
Şimali Koreyalı işçilərdən Rusiya etirafı
Şimali Koreyadan illər sonra ilk sülh addımı
Daha bir Şimali Koreyalı cənuba keçdi
Şimali Koreya özünün uranın zənginləşdirilməsi obyektini ilk dəfə ictimaiyyətə açıqlasa da, lider Kim Çen In nüvə silahlarının “eksponensial” artırılmasının lazım olduğunu bildirib.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, Şimali Koreya lideri Kim Çen Nüvə Silahları İnstitutu və Nüvə Materialları İstehsalı Bazasını təftiş edib.
Yoxlama zamanı Kim nüvə başlıqlarının istehsalı və mövcud nüvə materialları haqqında məlumat alıb.
Kim nüvə silahı istehsalı sahəsindəki alimlərə, texniklərə və rəsmilərə nüvə istehsalı planını "qüsursuz" yerinə yetirdiklərinə görə təşəkkür edib.
İstehsal xətlərinin ümumi fəaliyyəti ilə tanış olmaq üçün “uranın zənginləşdirilməsi obyekti”nin nəzarət otağına baş çəkən Kim, obyekti gəzməkdən böyük güc aldığını bildirdi.
Kim Şimali Koreyanın nüvə enerjisi sahəsindəki texniki gücündən böyük məmnunluğunu ifadə edib və qeyd edib ki, ölkəsi “özünümüdafiə naminə nüvə silahlarını eksponent olaraq artırmalıdır”.
Şimali Koreya bu açıqlama ilə ilk dəfə olaraq ictimaiyyətə “uranın zənginləşdirilməsi obyekti” nümayiş etdirib.
“Yonhap” xəbərinə görə, Cənubi Koreya və ABŞ-ın kəşfiyyat bölmələri Şimalın paytaxt Pxenyan yaxınlığındakı kompleksdə uranı zənginləşdirmə obyektinə sahib olduğuna inanır.
Digər tərəfdən, Şimali Koreyanın 2010-cu ildə uranın zənginləşdirilməsi obyektini təftiş etmək üçün amerikalı nüvə enerjisi mütəxəssisi Ziqfrid Hekeri dəvət etdiyi bildirilir.