vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
20:51 | 16 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 119 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Türkiyə bizim dostumuz və qardaşımızdır”

İran prezidenti Məsud Pezeşkian: “Ölkədə məşğulluq və investisiya imkanları yaradılmalıdır”

CAVİD

Pezeşkian vəzifəyə gəldikdən sonra paytaxt Tehranda keçirdiyi ilk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

İranda Sərəncamın Maraqlarının Müəyyənləşdirilməsi Şurası tərəfindən təsdiqlənməmiş Maliyyə Fəaliyyət İşçi Qrupuna (FATF) üzvlük qanunu ilə bağlı suala Pezeşkian deyib: “Bizim FATF məsələsini həll etməkdən başqa çarəmiz yoxdur. Mümkünsə, FATF müzakirəsi yenidən müzakirə edilməlidir ki, bu barədə məktub yazacam”, – deyib.

Pezeşkian sanksiyalarla bağlı başqa bir suala cavab olaraq, "FATF məsələsini, nüvə razılaşması məsələsini və dünya ilə hər cür əlaqələri həll etməliyik. Ölkədə məşğulluq və investisiya imkanları yaradılmalıdır”, – deyib.

 

“Biz Yəmənə raket göndərməmişik”

 

İran prezidenti Yəməndəki husilərə raket göndərib-göndərməməsi ilə bağlı “Raket gücümüz var, amma Yəmənə raket vermirik. Müharibədən əvvəl Yəmən raket istehsalı texnologiyasını öyrənmişdi və istehsal edirdi”, ­– deyib.

Ölkəsinin Səudiyyə Ərəbistanı, Misir və İordaniya kimi bütün ərəb ölkələri ilə əlaqələrini gücləndirməyə çalışacağını ifadə edən Pezeşkian, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd Bin Salmanın Tehrana mümkün səfəri ilə bağlı suala, “Mən şəxsən istənilən addımı alqışlayardım. Bu, bizi bir-birimizə daha da yaxınlaşdıracaq”, – deyib.

 

“Türkiyə ilə əlaqələrimizi mütləq gücləndirməliyik”

 

Türkiyə-İran münasibətləri ilə bağlı sualı cavablandıran İran prezidenti Pezeşkian, “Türkiyə bizim dostumuz və qardaşımızdır. Qonşuluqdan çox qohumluq əlaqələrimiz var. Aramızda sərhəd çəkdilər, əks halda sərhədin bu tərəfi ilə o tərəfi birdir. İnanclarımız və mədəniyyətimiz bir-birinə bağlıdır. Biz əlaqələrimizi mütləq gücləndirməliyik”, – deyib.

Əvvəlki hökumətin qonşularla yaxşı münasibətlərə üstünlük vermə siyasətini mütləq davam etdirəcəklərini ifadə edən Pezeşkian, Türkiyə ilə İran arasında 30 milyard dollarlıq xarici ticarət həcminə çatmaq üçün nə etməyi planlaşdırdıqları sualına ortaq investisiyalara işarə edərək belə cavab verib: “Bizim arzumuz budur ki, Türkiyə və İranda müştərək sərmayələr təkcə bu iki ölkədə deyil, Pakistan, Əfqanıstan və regionun digər ölkələrində də həyata keçirilsin. Biz Türkiyəyə asanlıqla gələ bilərik, siz də İrana rahatlıqla gəlib səyahət edə bilərsiniz. İran vasitəsilə Türkmənistan, Pakistan və Əfqanıstana qədər bir marşrut yarada bilərik”.

 

Türkiyəyə mütləq səfər edəcəm

 

Pezeşkian tezliklə Türkiyəyə mütləq səfər edəcəyini bildirərək, “Mütləq Türkiyəyə səfər edəcək, siyasətçiləri, alimləri, investorları dəvət edəcəyik. Türkiyə və İslam ölkələri ilə əlaqələrdən çox ümidliyik”, – deyib.

İran prezidenti çıxışının bir hissəsində Rusiya ilə Çin və İran arasında strateji əlaqələrin olduğunu desə də, ABŞ prezidenti ilə görüşün mümkünlüyü ilə bağlı sualı belə cavablandırıb: “Amerikalılar bizim düşmənimiz olmadıqlarını göstərməlidirlər. Biz onların ölkələrinin ətrafında bazalar qurmadiq və onlara embarqo qoymadıq”. Sərtlərin yaranması halında ABŞ-la danışıqlar üçün qapını açıq qoyaraq cavab verib.

 

Əxlaq polisi məsələsi

 

Sual verməyə gələn qadın müxbir proqram sahəsinə gəlməzdən əvvəl əxlaq polisinə yaxalanmamağa çalışdığını, Əxlaq patrullarını çağırdığını dedikdə Pezeşkian “Əxlaq patrulu sizi yenə narahat edir? Biz dedik ki, daha heç kimi narahat etməsinlər”, – deyib.