vaxtlı-vaxtında oxuyun! Cümə, 11 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
17:51 | 15 sentyabr 2024 | Bazar Məqaləyə 103 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hökumət seçkilərdən sonra istefa verib

Baş nazir ərizəsini krala təqdim edib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İordaniyanın baş naziri Bişer əl-Xasavne, ümumi seçkilərdən sonra adət üzrə İordaniya kralı II Abdullah istefa ərizəsini təqdim edib.

İordaniyanın dövlət televiziyası Əl Mamlakanın xəbərinə görə, baş nazir Xasavne 20-ci Nümayəndələr Palatasına seçkilərdən sonra istefa verib.

Xasavnenin yerinə hələ ki, təyinat olmayıb.

İordaniyada keçirilən hər parlament seçkisindən sonra hökumət yeni hökumətin qurulmasına hazırlıq məqsədilə istefa ərizəsini krala təqdim edir.

Bişer əl-Xasavne hökuməti 12 oktyabr 2020-ci ildə yaradılıb.

İordaniyada sentyabrın 10-da keçirilən seçkilərdə ölkə üzrə 197 yerli və ümumi siyahıdan 1623 namizəd parlamentin aşağı palatası olan Nümayəndələr Palatasında 138 yer uğrunda mübarizə aparıb.

İordaniyada parlament iki qanaddan ibarətdir: seçki yolu ilə müəyyən edilən Nümayəndələr Palatası və üzvləri Kral tərəfindən təyin olunan Senat.