
Misirdə sualtı faciə
Qəzaya uğrayan qayığın göyərtəsində 45 nəfər olub
Qəzaya uğrayan qayığın göyərtəsində 45 nəfər olub
Sonsuz qumsallıqların altında tarix nələri gizlədir?
Səudiyyə Ərəbistanının 100 milyonluq serialı Misirdə və İraqda qadağan edilib
7000 bina təhlükə altındadır
Misir piramidalarında sirli bir enerji növü meydana çıxıb
Bir əsrdən sonra daha bir firon məzarı aşkarlanıb
Üçüncü Səhra Ordusu Sinay yarımadası və Qəzza zolağı ilə sərhədlərin təhlükəsizliyini təmin edir
Məbədlərin, nəhəng heykəllərin, gəmilərin və artefaktların batmış dünyası
Dünyanın ən sirli möcüzəsinin altında gizlənmiş kəşflər bütün məlum tarixə meydan oxuyur
Qahirə bu məbləği 4 ildən sonra ilk dəfə tam şəkildə alacaq
Misir-Türkiyə əməkdaşlığı qaynar regional məsələlərin həll yollarını tapa bilər
İslam dünyasının iki sütunu olan bu iki ölkə münasibətlərində gözləntilər ...
Misir “Müsəlman Qardaşlar”la anlaşa bilərmi?
“Müsəlman Qardaşlar” məhbusların azadlığa buraxılması müqabilində siyasətdən əl çəkəcəyini deyir
Nəhəng çayın 3500 il qoruduğu heroqliflər suyun altında da aydın görünür
Az bilən və çox inanan insandan daha təhlükəlisi yoxdur
Londonda “Müsəlman qardaşlar” təşkilatının (İxvan əl-Müslimin) sədr müavini Hilmi əl-Cazzarın təşəbbüsü ilə irəli sürülən barışıq təşəbbüsünə Misir hakimiyyətindən heç bir reaksiya olmasa da, təşkilat hökumətlə anlaşma səylərini davam etdirir. Misir hakimiyyəti tərəfindən “terror təşkilatı” kimi qəbul edilən “Müsəlman qardaşlar” ötən ayın ortalarında siyasi ambisiyalardan əl çəkərək evangelizmə fokuslanacağını təklif etmişdi. Mütəxəssislər bu təklifi “Misir hakimiyyəti ilə kompromis əldə etmək və Misirə qayıtmaq cəhdi” kimi şərh etmişdilər.
Misirdə məhkəmə qərarı ilə bağlanan Azadlıq və Ədalət Partiyasının (HAP) mətbuat katibinin müşaviri Murad Əli dünən öz “Facebook” hesabından verdiyi açıqlamada müxtəlif təkliflər irəli sürüb və bunların “Müsəlman qardaşlar” təşkilatına yeni bir baxış formalaşdıracağına və çətinliklərin öhdəsindən gələ biləcək gənc liderlik komandası yetişdirməyə kömək edəcəyinə inandığını bildirib”.
“Müsəlman qardaşlar” son zamanlar ictimai və yeni üzv cəlbetmə fəaliyyətləri məşğuldur. Təşkilatın təbliğə və cəmiyyətdə islahatlar etməyə çalışacağı vurğulanan təklifdə, ötən illərdəki hədəf və tətbiqlərinin hərtərəfli nəzərdən keçirildiyi və öz-özünü qiymətləndirdiyi deyilib. Təşkilat son illərdəki məqsəd və təcrübələri hərtərəfli nəzərdən keçirilir və öz-özünü qiymətləndirir, müasir dövrlə ayaqlaşan, çevik, yeni inkişaflara uyğunlaşa bilən, ideologiyadan çox real sosial məsələlərə diqqət yetirən yeni baxışı əhatə edir.
Əhrəm Siyasi və Strateji Araşdırmalar Mərkəzindən Həsən Əbu Talib bu cür təşəbbüslərin etibarlılığına şübhə ilə yanaşdığını bildirib. Əbu Talib bunun təşkilatın xaricdə yaşadığı böhranlar səbəbilə, “Müsəlman qardaşlar” hərəkatına qucaq açan ölkələrin arxa çevirərək, üzvlərinin azadlıqlarını ciddi şəkildə məhdudlaşdırmasından sonra Misirə qayıtmaq cəhdi olduğunu qiymətləndirib. Əbu Talib əlavə edib ki, təşkilatın siyasi fəaliyyətlərdən əl çəkməsi onun ideologiyası ilə uyğun gəlmir.
Əbu Talib “Müsəlman qardaşlar”ın siyasətdən çəkilmə təklifini dəstəkləməyin Misir hakimiyyəti üçün cəlbedici və bir növ məqbul olacağını düşünsə də, əslində təşkilatın ictimaiyyət tərəfindən qəbul edilməməsi ilə bağlı başqa bir böhranın olduğunu vurğulayıb. Misirdə təbliğat işinin qurumlaşmış strukturların üzərinə düşdüyünü bildirən Əbu Talib, konstitusiya və qanunlara uyğun gəlməyən qeyri-qanuni təşkilatların bu işlə məşğul olmasının qəbuledilməz olduğunu bildirib.
Təşkilat liderlərinin əksəriyyəti, xüsusilə general Mürşid Məhəmməd Bədi, təşkilat 2013-cü ildə hakimiyyətdən getdikdən sonra Misirdə baş verən zorakılıq və qətllərə görə Misir həbsxanalarında cəzalarını çəkirlər.
Misirli təhlükəsizlik üzrə ekspert, təqaüdçü general-mayor Fuad Əllam bildirib ki, “Müsəlman qardaşlar”ın məqsədi hakimiyyətə çatmaqdır, ona görə də adından asılı olmayaraq bu məqsəddən vaz keçəcəklərinə inanmaq olmaz. Əllam son hadisələri “Müsəlman qardaşlar”ın Misirə qayıtmaq və mövcud şərtlərə uyğunlaşma cəhdi kimi qiymətləndirib.
“Müsəlman qardaşlar”ın geri dönməsinə icazə verilərsə, təşkilatın yenidən siyasi fəaliyyətlərlə maraqlanacağını və siyasətə girmək üçün doğru zamanı gözlədiyini düşünən Əllam, “Müsəlman qardaşlar”ın hər hansı ad altında geri qayıtmasının qəbuledilməz olduğunu vurğulayıb.
Əllamın sözlərinə görə, təşkilatın yeni təşəbbüsü müxtəlif aktorlarla dialoq və ünsiyyət vasitəsilə beynəlxalq ictimaiyyətlə ünsiyyət qurmaq və imicini yaxşılaşdırmaq məqsədi daşıyır. Bunu təşkilatın Misir daxilində və xaricində media və siyasətçilərin qarşısına siyasi və ictimai cəhətdən məqbul bir şəkildə çıxmaq istəyinin əksi kimi görən Əllam, bəyan edilməmiş məqsədlərinə çatmaq üçün yeraltı işlərə qayıdacağını düşündüyü “Müsəlman qardaşlar”ın, əsl niyyətlərini gizlətdiyini vurğulayıb.
“Müsəlman qardaşlar”ın öz ideologiyası çərçivəsində bəzi fəaliyyətlərini gizli saxladığına və bu mövzuda heç bir dəyişiklik əlaməti göstərmədiyinə işarə edən Əllam, təşkilatın geri dönmək planlarının Həsən əl-Bənnanın (təşkilatın qurucusu) hakimiyyətə gəlmək ideologiyası ilə eyni olduğunu vurğulayıb.